Loading...
Loading...
Xəbərlər

Pelosi Ermənistana səfərini təsdiqlədi, 'detalları' açmadı

ABŞ Nümayəndələr Palatasının spikeri vurğulayıb ki, onun səfəri bugünlərdə Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalardan xeyli əvvəl planlaşdırılıb

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bu həftəsonu Ermənistana səfər edəcəyinə dair xəbərləri təsdiqləyib.

Pelosinin bu təsdiqindən əvvəl Ermənistanın Müdafiə Nazirliyi Azərbaycanla Ermənistan arasında atəşkəsin hələki pozulmamasına dair məlumat vermişdi.

Senyabrın 16-da Berlində danışan Pelosi deyib ki, o Ermənistana sentyabrın 17-də ABŞ nümayəndə heyəti ilə birgə gələcək:

“Sabah biz Ermənistana səfər edirik, çünki ermənilərdən uzun müddət bundan əvvəl dəvət almışdıq. Mən bu səfərin detallarını müzakirə etmək istəməzdim, çünki biz səfər zamanı hədəflənmək istəmirik. Odur ki, əvvəlcədən heç nə deməyəcəyəm”.

Pelosi vurğulayıb ki, onun Ermənistana səfəri bugünlərdə Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalardan xeyli əvvəl planlaşdırılıb.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Vəkil Elçin Sadıqov gecə saatlarına qədər dindirilib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button