2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Peskov:“ABŞ administrasiyasının hərəkətləri dağıdıcı xarakter daşıyır”

Səlahiyyət müddətinin başa çatmasına üç həftə qalan ABŞ-ın hazırkı administrasiyasının hərəkətləri aqressiya nümayişidir və dağıdıcı xarakter daşıyır.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Səlahiyyət müddətinin başa çatmasına üç həftə qalan hazırkı administrasiyanın bu cür hərəkətləri iki ölkənin münasibətləri üçün dağıdıcı, destruktiv xarakter daşıyır.  Bu hərəkətlər tamamilə aqressiya nümayişidir”, – deyə Peskov qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

O, Moskvanın münasibətlərin normallaşdırılmasına ümid etdiyini qeyd edib.

Qeyd edək ki, ABŞ Rusiya Federal Təhlükəsizlik Xidməti və Baş Kəşfiyyat İdarəsinə qarşı sanksiyalar tətbiq edib.

Bundan əvvəl ABŞ 35 rusiyalı diplomata ölkəni tərk etmək üçün 72 saat vaxt verib.  (APA)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button