2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Peter Mixalko: “Aİ Azərbaycanın mina təhlükəsinin aradan qaldırılması işini dəstəkləyir və dəstəkləyəcək”

“Avropa İttifaqı (Aİ) Azərbaycan hökumətinin mina təhlükəsinin aradan qaldırılması işini dəstəkləyir və dəstəkləyəcək”.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un xəbərinə görə, bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko noyabrın 4-də Milli Məclisdə “Mina təhlükəsi ilə mübarizə – partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda keçirilən ictimai dinləmədə deyib.

Onun sözlərinə görə, Azərbaycan üçün ərazilərin minalardan təmizlənməsi prioritet məsələlərdəndir.

ANAMA-nın fəaliyyətini yüksək qiymətləndirən P.Mixalko bildirib ki, Aİ digər məsələlərdə olduğu kimi, mina təhlükəsi ilə mübarizədə də Azərbaycanla əməkdaşlığa önəm verir.

“Biz vətəndaş cəmiyyətləri ilə yaxından əməkdaşlıq edirik. Təbii ki, mina təhlükəsi məsələsi də bura daxildir. Aİ Azərbaycan hökumətinin mina təhlükəsinin aradan qaldırılması işini dəstəkləyir və dəstəkləyəcək. Bu sahədə maarifləndirmə işlərində kömək etməyə hazırıq”, – deyə Aİ nümayəndəsi vurğulayıb.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button