2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Peter Mixalko Azərbaycan KİV-lərində EUMA-nın ünvanına səslənən ittihamları təkzib edib

“Təəssüf edirəm ki, son günlər Azərbaycanda bəzi KİV-lər Aİ-nin Ermənistandakı missiyasına qarşı tamamilə əsassız ittihamlar dərc ediblər. Mən vurğulayıram ki, EUMA mülki, silahsız bir missiyadır və onun mandatı riayət etməkdir”. Bu barədə Aİ-nın Azərbaycan nümayəndəliyinin rəhbəri Peter Mixalko X platformasında qeyd edib.

“Missiyanın mövcudluğu sabitlik və inamın yaradılmasına töhfə vermək məqsədi daşıyır. Aİ Azərbaycan və Ermənistan arasında sülh nizamlanmasına dəstək üçün səylərini davam etdirəcək”, deyə o, əlavə edib.

Qeyd edək ki, son günlər Azərbaycanın bir sıra KİV-ləri Ermənistan sərhədində Aİ missiyasının Azərbaycana qarşı casusluqla məşğul olduğunu bildirib. Ermənistandan sərhədi keçən Çexiya vətəndaşının Azərbaycan tərəfdə saxlanılmasından sonra bu iddialar artıb.

Saytların yığılması Saytlarin yigilmasi

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button