Loading...
Loading...
Xəbərlər

Pinoçet dövrü konstitusiyasının dəyişdirilməsinə qarşı çıxdılar

Seçicilərin 61,9%-i yeni konstitusiyanın əleyhinə, 38,1%-i lehinə səs verib

Çilidə seçicilər diktator Auqusto Pinoçetin ölkəyə 40 ildən artıqdır tətbiq etdiyi konstitusiyanı əvəzləyəcək mütərəqqi konstitusiya layihəsini səs çoxluğu ilə rədd edib.

Rəsmilərin sentyabrın 5-də verdiyi məlumata görə, 4 sentyabr referendumunda bülletenlərin 99,9 %-i hesablanıb. Seçicilərin 61,9%-i yeni konstitusiyanın əleyhinə, 38,1%-i lehinə səs verib.

Prezident Qabriel Bobric yeni nizamnamənin lehinə güclü təşviqat aparmışdı. O, səsvermədən sonra açıqlamasında idarəetmə komandasında dəyişikliklər olacağını istisna etməyib.

Bununla belə, o, konstitusiyaya dəyişiklik prosesinin sona çatmadığını açıqlayıb və liderləri “bizi bir ölkə kimi birləşdirən”, yenidən işlənmiş layihə hazırlamaq üçün “daha qətiyyətlə, daha çox dialoqla, daha artıq hörmətlə işləməyə” çağırıb.

Rədd edilmiş layihə, bərabər sayda kişi və qadın təmsilçilərdən ibarət konstitusiya konvensiyasının hazırladığı ilk belə sənəd idi. Tənqidçilər layihənin çox uzun, qeyri-müəyyən olduğunu və muxtar bölgələrin yaradılmasında, ətraf mühitin və gender bərabərliyinin prioritetləşdirilməsində çox uzağa getdiyini deyirdilər.

2020-ci ildə çilililərin 80 %-dən çoxu Pinoçetin konstitusiyasının dəyişdirilməsinin lehinə səs verib.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Əfqanıstanda zəlzələdə azı 8 nəfər həlak olub

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button