2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Redaktorun seçimi

Planetdəki həyatı yadplanetlilər qurub

Alimlər yeni iddia ilə çıxış ediblər.

Alimlər genetik kodlarda 10 trilyonda bir meydana çıxan təsadüflərin əslində təsadüf olmadığını, kainatın başqa yerlərindən gələn şüurlu varlıqlar tərəfindən yaradıldığını bildiriblər.

Bu günə qədər alimlər Misir piramidaları və sirri açılmayan bir çox tarixi abidənin yadplanetlilər tərəfindən inşa edildiyini iddia edirdilər. Bu dəfə isə yadplanetlilərin planetimizdə həyatın təməlini qoyan varlıqlar olduğunu iddia edirlər və həyatın sirrinin 37 rəqəmi içində gizli olduğunu bildirirlər.

Yeni araşdırmada 10 nümunədən doqquzunu formalaşdırdılar və genetik kodlarda təsadüfən bir neçə dəfə eyni dəyərin ortaya çıxma ehtimalının 10 trilyonda bir dəfə olma ehtimalının təsadüf olmadığını düşünürlər. Kodun təsadüfi olmayan bir struktura sahib olduğu məlum olub. Həyatın kökü 37 rəqəmi ətrafında dövr edir. Bu teoriyaya əsasən, genetik kodlarımız kainatın başqa yerlərindən gələn şüurlu varlıqlar tərəfindən yaradılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Qazaxıstanın Almatı şəhərinin alimi Maksim Makukov bildirir ki, genetikamızda kodlaşdırılmış “ağıllı kodlaşdırılmış siqnal” var. Riyaziyyatçı Vladimir Şerbak izə geneik kodumuzda gizlədilmiş bir mesaj və imzanın olduğuna dair dəqiq dəlillər ortaya qoyacağını bildirib. Makukov və Şerbakın teoriyası Panspermia prinsipinə əsaslanır. Bu prinsipə əsasən planetimizdə həyat başqa planetlərdən gəlib. Teoriyaya əsasən bir mikro orqanizm okeanda artaraq yeni növlərin yaranmasına səbəb ola bilər.

Qazaxıstan alimləri başqa bir teoriya da ortaya atıblar. Bu teoriyaya əsasən dünyadakı həyat istiqamətləndirilmiş vəziyyətdədir. Bu isə planetimizdəki həyatın kimsə və ya başqa bir şey tərəfindən şüurlu şəkildə yaradılması mənasını verir.

1953-cü ildə DNK molekulunu kəşf etmək üçün araşdırma aparan ingilis alim Frensis Krik deyirdi: “Orqanizmlər başqa bir planetdəki ağıllı varlıqlar tərəfindən qəsdən dünyaya göndərilib. Dünyaya həyat bu formada göndərilib. Amma bunu elmi cəhətdən sübut etmək hələ ki, mümkün deyil”.

Hikmət
Ölkə.Az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button