SEÇMƏ

Polis əməkdaşının özünü öldürdüyü bildirilir

Yayımlandı: 28 Oktyabr 2022 10:55

DİN: “Hadisə oğlu silahla ehtiyatsız davranma nəticəsində baş verib”

Laçın rayon Polis Şöbəsinin əməkdaşı İman Abbasovun özünü öldürdüyü bildirilir. Hadisə oktyabrın 28-də baş verib.

İman Abbasovun özünü odlu silahla vurması haqda məlumatı Daxili İşlər Nazirliyi təsdiqləyib. Nazirliyin mətbuat xidmətindən Meydan TV-yə verilən məlumata görə polis serjantı İman Abbasov odlu silahla ehtiyatsızlıq nəticəsində açılan atəşdən xəsarət alıb.

“Ona hadisə yerində ilkin tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb”, – Daxili İşlər Nazirliyindən bildirilib.

Meydan TV

Gözdən qaçırmayın:  Cinsi təhsillə bağlı dərs məktəblərdə keçirilə bilərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button