2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Polis jurnalisti qanadalladı – AZƏRBAYCANDA

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fəallarının keçirdiyi aksiyanı işıqlandıran zaman saxlanılan jurnalist Anar Abdulla məhkəməyə gətirilib.
Arqument.az xəbər verir ki, məhkəməyə gətirilən jurnalistin qoluna qandal vurulub.
O, məhkəməyə gətirilən zaman  jurnalistlərə deyib ki, saxlanılarkən fiziki zorakılığa məruz qalıb.
Anar Abdullaya qarşı İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə ittiham irəli sürülüb.
Proses Nərimanov Rayon Məhkəməsində keçirilir.
Oktyabrın 5-də Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fəalları Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin qarşısında etiraz aksiyası keçirməyə cəhd edib.
Onlar həbsdə olan AXCP üzvü Niyaməddin Əhmədova azadlıq tələb ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button