YAP-a Yox Deyək

POLİS “QUDUZLUĞA QARŞI PEYVƏND” OLUNACAQMI?

Ceyhun Məmmədov

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

Dünən gənclər Bakının mərkəzində “Silahları Üstümüzdən Çəkin” aksiyası keçirdi. Həqiqətən möhtəşəm idi, qarşılarında baş əyirik.

Aksiyada adətən baş verən polis zülmü yenə aksiyanının “baş rolunda” idi. Amma xalqın ayaqlanmasının artıq an məsələsi olduğunu bilən hakimiyyətin yeganə ümid yeri olan VƏHŞİ AZƏRBAYCAN POLİSİ bu dəfə daha da həvəsli idi.

 

Foto Mehman Hüseynovundur
Bu fotoya diqqətlə baxın! Ramil Usubovun bəslədiyi və yerli-yersiz qoruduğu “Azərbaycan Polisi” aksiyada iştirak edən gəncə heç bir səbəb olmadan təpik vurur. Bu, əslində Azərbaycan hakimiyyəti ilə Azərbaycan xalqının fotosudur. 1993-cü ildən bəri belədir! O gənc, əslində belə davam etməsin deyə aksiyaya çıxıb, cənab Ramil Usubov!
Düşünürəm ki, bu fotoya ad tapmaq çətin işdir. Amma mən məsələni bir az asanlaşdırmaq qərarına gəldim. Hesab edirəm ki, bu fotonun adını DAXİLİ İŞLƏR NAZİRİ özü qoymalıdır!
Və birdə, Ramil Usubov bu polisə QUDUZLUĞA QARŞI PEYVƏND olunub-olunmayacağını da cəmiyyətə açıqlamalıdır!
https://c-mammadov.blogspot.com/2013/01/polis-quduzluga-qarsi-peyvnd-olunacaqmi.html

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi
Mənbə
Source

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button