2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Polis Toplum TV-nin redaksiyasında axtarış aparır

Bir qrup hüquq-mühafizə orqanı əməkdaşı çərşənbə günü saat 16 radələrində Toplum TV internet nəşrinin ofisinə gələrək axtarışa başlayıb. Bu barədə sosial şəbəkələrdəki xəbərlərdən məlum olub.

Bu layihənin rəhbəri, araşdırmaçı jurnalist Xədicə İsmayıl Turan-a axtarış faktını təsdiqləyib.  O, redaksiyada axtarış  başlayanda orada olmadığını dedi. “Xəstəyəm, təfərrüatları bilmirəm, indi redaksiyaya gedirəm” dedi.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Turan agentliyinə təsdiqləyiblər ki, “Çemənzəminli küçəsi, 98 B və bir sıra digər ünvanlarda operativ məlumatlar əsasında tədbirlər keçirilir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bu o deməkdir ki, axtarışlar başqa yerdə də aparılır.

Toplum TV in redaksiya ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmayıb.

*Toplum Tv ictimai-siyasi və sosial-iqtisadi hadisələrlə bağlı müxtəlif fikirlərin ifadə edilməsi üçün platforma təqdim edən müstəqil onlayn resursdur.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button