Xəbərlər

Polis yol qəzasında həyatını itirdi

Loading...

Bakı/24.11.21 “Bu gün, noyabrın 24-də saat 07:30 radələrində Gəncə şəhər Regional Mühafizə İdarəsində mülki mühafizə xidməti üzrə mühafizəçi Emin Əliyev xidmətdə olarkən idarə etdiyi “Fiat Albea” markalı avtomobillə Gəncə şəhərində hərəkətdə olarkən idarəetməni itirərək həmin küçədə yerləşən mağazalardan birinə çırpılıb”. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin noyabrın 24-də yaydığı məlumatda deyilir.

Məlumata görə, nəticədə avtomobildə olan polis baş serjantı Renat Əliyev aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən həyatını itirib, sürücü Emin Əliyev isə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma davam edir. -05D-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button