2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Polşa liderləri ABŞ prezident ilə görüşdə Ukraynaya dəstəyi davam etdirməyi vəd ediblər

Çərşənbə axşamı ABŞ prezidenti Co Bayden Polşanın NATO-ya daxil olmasının 25 illiyini qeyd etmək üçün Ağ Evdə Polşanın baş naziri Donald Tusk və prezident Andjey Dudunu qəbul edib, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib. 

“Biz birlikdə dayananda yer üzərində heç bir qüvvə bizdən güclü ola bilməz”, deyə Bayden qonaqlarına bildirib.  

Polşa liderləri “Rusiyanın təcavüzünə qarşı Ukraynaya daimi dəstəyi təmin etmək öhdəliyi götürüblər”, deyə Ağ Evin görüşün məzmununa dair bəyanatında bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bayden qeyd edib ki, ABŞ Polşaya təhlükəsizliyini möhkəmləndirməsi və ordusunu müasirləşdirməsi üçün 2 milyard ABŞ dolları ölçüsündə yeni birbaşa kredit ayıracaq. ABŞ həmçinin Polşaya 96 AH-64 Apache helikopteri satmağı təklif edəcək. 

“Bu, Polşa silahlı qüvvələrinə qabaqcıl özünümüdafiə imkanlarının verilməsi, NATO ilə oparativ uyğunluğun artırılması və ABŞ-ın müdafiə sənayesinin daha da möhkəmləndirilməsi üzrə mühüm addımdır”, deyə Ağ Ev bildirib. 

Putinin Ukraynadakı müharibəsi haqqında danışan Bayden belə deyib: “Polşa da bilir ki, Rusiya Ukraynada dayanmayacaq. Müharibə davam etdiriləcək”.

Rusiyanın Ukraynaya qarşı təcavüzü Birləşmiş Ştatların “təhlükəsizliyin lideri” olduğu nümayiş etdiyib, deyə Duda Ağ Evin qarşısında jurnalistlərə bildirib.

Oval kabinetdə görüşdən sonra Putinə hər hansı mesajlarının olub-olmaması haqqında suala cavabda Polşa baş naziri Tusk belə deyib: “Moskvaya verməli olduğumuz yeganə mesaj odur ki, söhbət Ukraynadan getdikdə, Qərb hər zaman olduğundan daha çox birləşib”.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button