Bizim tərcümə

Polşa Ukraynaya tankların çatdırılması üçün Almaniyaya rəsmi müraciət edib

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2023-01-24 15:26:19

class=”medianet-inline-adv”>

Ukrayna-Rusiya müharibəsindən 11 ay keçməsinə baxmayaraq, Qərb ölkələri Almaniyaya “Leopard 2” tanklarını Ukraynaya göndərmək üçün təzyiqlər etməyə davam edir. Polşanın müdafiə naziri Mariusz Blaszczak sosial media hesabından Almaniya istehsalı olan Leopard tanklarının Ukraynaya göndərilməsi üçün Almaniyaya rəsmi müraciət edildiyini açıqlayıb. İcazə ərizəsinin Almaniyaya çatdığını bildirən nazir Blaşçak Berlin rəhbərliyini Leopard tankları ilə Ukraynaya dəstək verəcək dövlətlər koalisiyasına qoşulmağa çağırıb. “Bu, bizim ümumi narahatlığımızdır, çünki bütün Avropanın təhlükəsizliyi təhlükə altındadır”, – Blaszczak deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Digər tərəfdən, Polşanın baş naziri Mateuş Morawiecki ötən həftə sonu Almaniyanın Ukraynaya Leopard tankları tədarük etməyə razı olmadığı təqdirdə ölkəsinin digər dövlətlərdən ibarət “kiçik koalisiya”nın bir hissəsi olaraq öz inventarında Leopard tanklarını verməyə hazır olduğunu bildirib. “Ukrayna və Avropa Almaniya ilə və ya Almaniyasız bu müharibədə qalib gələcək”, – Morawiecki deyib.

class=”medianet-inline-adv”>

Ukraynanın gözlədiyi BƏBİR 2 TANK

Alman şirkəti Krauss-Maffei Wegmann tərəfindən istehsal olunan əsas döyüş tankı Leopard ilk dəfə 1979-cu ildə Alman ordusu tərəfindən istifadə edilmişdir. Sözügedən tankın ən son versiyası olan Leopard 2 tankları bu gün Türkiyə, Polşa, İspaniya, Yunanıstan, Danimarka, Norveç, İsveç, Finlandiya, İsveçrə və Avstriya tərəfindən istifadə olunur. Almaniyanın xarici işlər naziri Anna Baerbok Polşanın Ukraynaya Leopard 2 tankı göndərməsinə mane olmayacaqlarını bildirib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button