SEÇMƏ

Polşada rus casus şəbəkəsi ifşa edilib

Yayımlandı: 16 Mart 2023 17:07

“Euriradio”nun xəbəri

Casus şəbəkəsində belarusların da olması istisna edilmir

Polşada rus casus şəbəkəsi ifşa edilib. “Euroradio”nun bildirdiyinə görə, 6 nəfər saxlanılıb.

“Saxlanılanların əsas işi məlumat toplamaq olub, amma təxribata hazırlıq gördükləri də istisna olunmur”, – Polşa əks-kəşfiyyatı bildirir.

Məlumatda deyilir ki, casuslar ilk növbədə dəmir yolunda fəaliyyət göstərib, orada onlarla gizli videokamera quraşdırıblar. Hərəkət qeydə alınıb, video internetə ötürülüb.

Rusiya xüsusi xidmət orqanlarını Ukraynaya hərbi daşınmalar maraqlandırıb. Məlum olduğu kimi, Qərb silahları Polşa vasitəsilə çatdırılır.

Bildirilir ki, Rusiya nəqliyyatın miqdarı, yükün xarakteri, onların mühafizəsi haqqında məlumat ala bilirdi.
Polşa əks-kəşfiyyatı hesab edir ki, bu yolla Rusiya kəşfiyyatı bir tərəfdən Qərbin Ukraynaya yardımı ilə bağlı bəyanatlarının reallığını yoxlaya bilər, digər tərəfdən isə təxribat hazırlaya bilərdi. Buna görə də təhlükəsizlik qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Casus şəbəkəsində Rusiya Federasiyasına işləyən belarusların da olması istisna edilmir.

Meydan TV

Gözdən qaçırmayın:  AKP Ərdoğanın namizədliyini irəli sürdü

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button