2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

‘Postsovet Azərbaycanında puç edilmiş demokratiya’

Ünlü Amerikalı tarixçi Odri Altştadın (Audrey Altstadt) mayın 18-də Vaşinqtonda təqdimatı keçirilən yeni kitabı belə adlanır.

Müəllif kitabında qərb demokratiya modelini qəbul etdiyini elan edən, daha sonra isə korrupsiyaya uğramış avtoritarizmə gəlib çıxan yeni müstəqil və neftlə zəngin keçmiş sovet respublikasında gedən prosesləri dəyərləndirir.

Saytların yığılması Saytlarin yigilmasi

Araşdırma Azərbaycan milliyyətçiliyini formalaşdıran və demokratik hərəkatın inkişafına zəmin hazırlayan Qarabağ müharibəsindən başlayır (1988-1994-cü illər).

Buna da bax:​ Vaşinqtonda müzakirə – “Azərbaycanda demokratiyanın alternativi radikal islamdır”

Müəllif yazır ki, ilkin uğurlu hökumət tezliklə çevriliş nəticəsində devrilib. Hakimiyyəti və neft pullarına nəzarəti əldə saxlamaqdan ötrü mövcud üsul idarə repressiyalara sövq edir.

Dünyəviləşmə sahəsində ölkənin qədim ənənələri olmasına baxmayaraq, boğulmuş demokratik müxalifətdən ümidini kəsənlərdən ötrü Qərbin hakimiyyəti tənqid etməməsi şəraitində siyasi islam cəlbedici alternativə çevrilib.

Müəllif öz kitabında Azərbaycan mətbuatında senzuraya nümunələr göstərir, ekspertlərin, yerli və beynəlxalq təşkilatların araşdırmalarından istifadə edir. Habelə, diplomat və biznesmenlərlə müsahibə dərc edir.

Buna da bax:​ David McAllister: ‘Demokratiya dəyərlərini qorumalıyıq’

Kitab onun əvvəlki “Azərbaycan türkləri: Sovet Azərbaycanında rus qaydalarına uyğun hakimiyyət və kimlik”, 1920-1940-cı illər adlı əsərlərinə əhəmiyyətli əlavədir.

Odri L.Altştadt Massaçusets Universitetində çalışır.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button