2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Prezident İlham Əliyev: “10 ildən sonra Azərbaycan qazdan istifadəni azaldacaq”

“Cənub” qaz dəhlizi transregional layihə geniş beynəlxalq dəstəyin sayəsində reallığa çevrildi. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev “Euronews” telekanalına müsahibəsində bildirib.

“Uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır və getdikcə daha çox ölkələri əhatə edir”, – Əliyev deyib.

Bərpa olunan enerji  barədə sualın cavabında Əliyev deyib ki, ənənəvi resursların olmasına baxmayaraq, Azərbaycan  neft-qaz satışından əldə etdiyi gəlirləri bərpa olunan enerjiyə sərmayə yatırmaq üçün istifadə edir.

Saytların yığılması Saytlarin yigilmasi

“Biz bərpa olunan enerjiyə ehtiyacın olduğuna dair ümumi anlayış yaratmaq istəyirik. Hər il biz Xəzər dənizinin getdikcə daha da dayazlaşmasının şahidi oluruq. Biz iqlim dəyişikliyinin təhlükəli fəsadlarını görürük, çaylarımızda su azalır, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır. Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik”, – Əliyev deyib.

Onun sözlərinə görə, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir. Ola bilsin ki, 10 ilə ölkədə bərpa olunan enerjidən maksimum dərəcədə istifadə olunsun və daxili bazarda təbii qaz istehlakı azaldılsın.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button