2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Prezident İlham Əliyev Avropa Şurası Konvensiyasına protokolu imzalayıb

Fevralın 9-da Azərbaycan prezidenti İlham Əliyev Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına əlavə Protokolun ratifikasiyası haqqında qanunu imzalayıb.

Bu sənəd 22 oktyabr 2015-ci ildə Riqada qəbul edilib. Sənəddə terrorizmə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsindən danışılır. Əsasən, terror məqsədilə xaricə gedən şəxslərin barəsində operativ informasiya mübadiləsi üçün əlaqə məntəqələrinin yaradılması nəzərdə tutulur.

Dövlət başçısının Avropa Şurasının sənədinin ratifikasiyası haqqında qanunu imzalaması ölkənin Avropa Şurasından və Strasburq məhkəməsindən çıxmasının mümkünlüyü ilə bağlı rəsmi Bakının son bəyanatları və dövlət təbliğatı ilə dissonansa səbəb olub.

Saytların yığılması Saytlarin yigilmasi

Bu əhval-ruhiyyə yanvarın 24-də Avropa Şurası Parlament Assambleyasının  Bakını Avropa Şurası qarşısındakı öhdəliklərini pozmaqda ittiham edərək Azərbaycan nümayəndə heyətini 1 il müddətinə səs hüququndan məhrum etməsindən sonra yaranıb.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button