2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasını və Avropa təsisatlarını Azərbaycana qarşı qərəzli münasibətdə ittiham edib

Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı qərəzli və çirkin kampaniya başlanıb. Bu barədə bazar ertəsi prezident İlham Əliyev Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovu qəbul edərkən bildirib.

Dövlət başçısının saytı bildirib ki, Jelyazkov Azərbaycanın COP29-a ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb və Bakının yaşıl və bərpa olunan enerji sahəsində həyata keçirdiyi layihələrin önəmini vurğulayıb. O, Qara dənizin dibilə çəkiləcək elektrik kabeli layihəsinə Bolqarıstanın da qoşulmaq niyyətini ifadə edərək, Azərbaycanla Bolqarıstan arasında enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini deyib.
Əliyev bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bir sıra Avropa təsisatı tərəfindən Azərbaycana qarşı genişmiqyaslı kampaniya başlayıb və bu qərəzli xarakter daşıyır.

Bu kampaniya Avropa Şurası Parlament Assambleyasında da aparılır ki, bu da qəbuledilməzdir. Dövlət başçısı deyib ki, bu ədalətsizliyə qarşı bir sıra ölkənin parlamentləri tərəfindən mövqe ifadə olunub.

Saytların yığılması Saytlarin yigilmasi

O, yaşıl enerji layihəsi çərçivəsində Qara dənizin dibilə çəkiləcək elektrik kabeli layihəsinə Bolqarıstanın  qoşulmaq niyyətini müsbət addım kimi dəyərləndirib.

Azərbaycan Avropaya enerji təchizatçısıdır və hazırda Avropanın səkkiz ölkəsi Azərbaycan qazı ilə təchiz olunur.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button