2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Prezident İlham Əliyev: Azərbaycan türk və islam dünyası ilə  yaxınlaşacaq, neokolonializmə qarşı mübarizə aparacaq

Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı ilə əməkdaşlığın fəallaşdırılması yaxın illərdə Azərbaycanın xarici siyasətinin prioritetləri olacaq. Bu barədə fevralın 14-də prezident İlham Əliyev öz inauqurasiya mərasimində bildirib.

Biz Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim ailəmiz türk dünyasıdır”, – Əliyev deyib.

“Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayrıcı xətlər müşahidə olunur”, – Əliyev deyib. O, kimi nəzərdə tutduğunu açıqlamasa da, Qərbə işarə etdiyi məlum olurdu.

Saytların yığılması Saytlarin yigilmasi

“Bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq!”, – o deyib.

Azərbaycanın və digər türk ölkələrinin vəzifəsi türk dövlətlərinin təşkilatlanmasını gücləndirmək olmalıdır. “Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır.

Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”, – Əliyev davam edib.

Əliyev İslam əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığı xarici siyasətin digər prioriteti adlandırıb. Bu təşkilat  həmişə – həm işğal dövründə, həm işğaldan sonra, həm də İkinci Qarabağ Müharibəsi və antiterror əməliyyatı zamanı Azərbaycanın yanında olub.

Azərbaycan əlindən gələni edəcək ki, Qoşulmama Hərəkatı bir təsisat kimi daha da güclənsin və iqlim dəyişikliyi və ” neokolonializmə qarşı mübarizə” problemlərinin həllində fəallıq göstərəcək.

“Neokolonializmin başında duranlar da bilsinlər ki, onlar əbəs yerə bizimlə soyuq savaşa çıxıblar. Biz heç vaxt müdafiə mövqeyində olmamışıq. Bizə qarşı atılan addımlara adekvat addım atacağıq və bizə qarşı məkrli planlar hazırlayanlar, əminəm ki, peşman olacaqlar”,- Əliyev deyib. Çox güman ki, mesaj Fransaya ünvanlanıb.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button