2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Prezident İlham Əliyev: “Nümayəndə heyətinin səsi bərpa olunmasa, Azərbaycan Avropa Şurasında öz iştirakına yenidən baxacaq”

Fransa regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış edir, Bu barədə dövlət başçısı İlham Əliyev cümə axşamı Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqu qəbul edərkən bildirib.

Fransa Ermənistanı silahlandırır və geosiyasi intriqaların təşəbbüskarıdır. Məhz rəsmi Paris regionda gərginliyin səbəbidir, müxtəlif beynəlxalq təşkilatlarda və parlament səviyyəsində antiazərbaycan siyasəti aparır, Əliyev qeyd edib.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin səsdən məhrum edilməsi barədə qərarına toxunan əliyev deyib ki, bu, azlıqların təşəbbüsü idi. Onun sözlərinə görə, bu qərar parlament ənənələrinə ziddir.

Saytların yığılması Saytlarin yigilmasi

Əliyev deyib ki, Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa edilməlidir. “Əgər bu, baş verməsə, Azərbaycanın Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirakı məsələsinə yenidən baxılacaq”, – o deyib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button