2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Prezident Trump-ın da ödənməmiş ipotekası varmış

“The Guardian” yazır ki, ABŞ senatorlarından biri Almaniyanın ən böyük bankından Donald Trump-ın ödənməmiş kreditlərinə dair təfərrüatların açıqlanmasını tələb edib.

Senator Chris Van Hollen Deutsche Bank-a yazdığı məktubda prezidentin ödənməmiş çoxmilyonluq kreditlərindən ona təzyiq göstərilməsi üçün istifadə edilməyəcəyi barədə zəmanət tələb edib.

Saytların yığılması Saytlarin yigilmasi

Demokrat senator habelə Almaniya bankından Trump-ın kredit üzrə borclarının təkrar strukturlaşdırılması və ya borcların “xarici vahidlərə” satılıb-satılmadığı barədə məlumatların da açıqlanmasını istəyib.

“The Guardian” Wall Street Journal qəzetinə istinadən yazır ki, Trump-ın hazırda Deutsche Bank-la iki böyük krediti və iki ipoteka krediti var və Trump bu kreditlər üzrə 340 milyon dollar borcludur.

Van Hollen Senatın bank işi komitəsinin üzvüdür. O deyir ki, Deutsche və Trump arasında mümkün maraqlar toqquşmasından, habelə bankın özünə dair aparılan bir neçə araşdırmanı, onun müştərisinin ABŞ prezidenti olmasının necə təsirləndirə biləcəyindən narahatdır.

Senator Deutsche Bank-ın Amerika filialının rəhbəri Bill Woodley-ə yazdığı məktubda xəbərdarlıq edir ki, bank özünə aid təhqiqat araşdırmaları əsnasında prezidentin onun müştərisi olması faktından heç bir şəkildə sui-istifadə etməməlidir.

O həmçinin Deutsche Bank-a xəbərdarlıq edib ki, bank maraq toqquşmalarına aid məsələlərin araşdırmadan gizlədilməsi üçün cənab Trump-a şərait yaratmamalıdır.

Deutsche Bank isə bildirib ki, o Trump-ın maliyyə işləri barədə, ümumiyyətlə heç bir şərh vermək niyyətində deyil.

“The Guardian” yazır ki, onda olan məlumata görə hazırda ABŞ-ın Maliyyə Nazirliyi Deutsche Bank-ın Rusiyadan gələn çirkli pulların yuyulmasında iddia olunan rolunu araşdırır.

Van Hollen və Konqresin başqa bir tanınmış demokrat üzvü, xanım Maxine Waters ABŞ-ın baş prokuroru Jeff Sessions-ın bankın Ağ Evlə əlaqələrinin araşdırılmasına tərəfsiz prokuror nəzarəti təşkil edəcəyinə əmin olmadıqlarını ifadə ediblər.

Van Hollen deyib ki, Sessions onun Deutsche Bank-la bağlı bundan əvvəlki məktubuna cavab verməyib.

Bu arada FTB Trump-ın seçki kampaniyası komandası ilə Rusiya rəsmiləri arasında mümkün əlaqələrin araşdırılmasını davam etdirir.

Almaniya bankına gəlincə isə, yanvar ayında Maliyyə Xidmətləri İdarəsinin New York filialı onu 10 milyard dollar çirkli Rusiya pullarının yuyulmasının qarşısını almadığına görə 435 milyon dollar cərimə edib. “Güzgü ticarəti” adlanan bu sxem Moskvadan idarə olunurdu.

Ötən mart ayında Deutsche Bank-ın Rusiyadan gələn çirkli pulların yuyulmasında rolu barədə ikinci qalmaqal qalxıb.

Almaniya bankı bir neçə başqa banklarla birlikdə Rusiyadan gələn 20 milyard dollarlıq çirkli pulun təmizlənməsində iştirak edib. “Qlobal Laundromat” (Qlobal Camaşırxana) adlanan bu sxem 2010-2014-cü illərdə fəaliyyətdə olub.

“The Guardian” yazır ki, hələ fevral ayında Trump ailəsinin bir neçə üzvünün Deutsche Bank-ın müştərisi olduğu üzə çıxmışdı. Bunlar prezidentin qızı İvanka, onun əri Jared Kushner və Kushnerin anası Seryl Stadtmauer-dir.

Van Hollen deyib ki, həm də prezidentin müşaviri olan Kushner bu bankdan milyonlarla dollarlıq kredit alıbmış.

Deutsche Bank-ın özü bu yaxınlarda bir neçə araşdırmaya başlayıb. Burada Trump-a çox şübhəli şəraitdə verilmiş kreditlərin Rusiya ilə mümkün əlaqələri araşdırılır. Banka yaxın mənbələr heç bir əlaqənin olmadığını bildiriblər.

Lakin öz məktubunda Van Hollen məhz bu məsələyə dair daxili araşdırmanın sənədlərini görmək istədiyini yazır.

 

(bbc azəri)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button