2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Prokuror AXCP fəalına 7 il cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP Gənclər Komitəsinin üzvü Orxan Baxışlının cinyət işi üzrə məhkəmə prosesi keçirilib.

24saat.org xəər verir ki, Orxan Baxışlı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli-miqdarda narkotik əldə etmə, saxlama və ya daşıma) maddəsilə ittiham edilir.
Prosedə dpvlət ittihamçısı çıxış edərək, O.Baxışlının 7 il müddətinə azadlıqdan mıhrum edilməsini əklif edib. İclas sentyabrın 18-də müdafiə tərəfinin çıxışı ilə davam edəcək.

Orxan Baxışlı mayın 7-də saxlanılan zaman üzərindən 6 qram heroin tapıldığı iddia olunsa da, o, ittihamı rədd edir, narkotiki cibinə atıldığını bildirir.

AXCP-dən isə bildirilib ki, Orxan Baxışlı həbsindən bir neçə gün öncə – mayın 3-də Beynəlxalq Söz Azadlığını Müdafiə Günü ilə əlaqədar mərhum jurnalist Elmar Hüseynovun məzarı önündə etdiyi çıxışa görə cəzalandırılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Həmin çıxışda gənc fəal 13 il əvvəl Elmar Hüseynovu bu hakimiyyətin qətlə yetirdiyini bildirib.
Hakimiyyət rəsmiləri isə belə iddiaları rədd edirlər və E.Hüseynovun qətilində günahkar olanların tapılıb cəzalandırılmasında maraqlı olduqlarını deyirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button