2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Prokuror MTN-çilərə iş istədi

Yayımlandı: 26 İyul 2022 15:54

Zərərçəkənlər məhkəmə istintaqının yekunlaşmasına etiraz etdilər

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinə uzun illər rəhbərlik etmiş general Mövlam Şıxəliyev, bu idarədə çalışmış polkovniklər – şöbə rəisləri Vüsal Ələkbərov, Yasin Məmmədov, rəis müavini Sahib Ələkbərovun işi üzrə 10 aydır gedən məhkəmə istintaqı yekunlaşıb. İyulun 26-da Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyilə keçirilən məhkəmə prosesində prokuror çıxış edərək, sabiq MTN-çilərə cəza istəyib.

Saytların yığılması Saytlarin yigilmasi

Dövlət ittihamçısı təklif edib ki, general Mövlam Şıxəliyev 14 il, Yasin Məmmədov və Vüsal Ələkbərovun hər biri 12 il, Sahib Ələkbərov isə 10 il azadlıqdan məhrum edilsin. Onların üzərində həbs olan əmlakları isə müsadirə olunsun.

Şıxəliyev istisna olmaqla, digər üç təqsirləndirilən hazırda həbsdə deyil. Prokuror onların da məhkəmə zalından həbs edilməsini istəyib.

Mənbə: APA

Zərərçəkmişlər məhkəmə istintaqının yekunlaşmasına etiraz ediblər. Onlar bildirib ki, bu iş üzrə tam, hərtərəfli araşdırma aparılmayıb, zərurət olduğu halda, keçmiş Baş prokuror Zakir Qaralov, onun birinci müavini olmuş Rüstəm Usubov çağırılıb dindirilməyib. Zərərçəkmişlərin bir neçəsi Elbəy Allahverdiyevin sədrlik etdiyi hakimlər kollegiyasına etiraz veriblər. Bu işə onun obyektiv baxıb, ədalətli hökm çıxarmasına inanmadıqlarını bildiriblər.

Lakin zərərçəkmişlərin etirazları nəzərə alınmayıb, verdikləri vəsatətlər təmin edilməyib.

İyulun 26-da keçirilən məhkəmə iclasında təqsirləndirilən general öz ifadəsini yazılı şəkildə məhkəməyə təqdim edib. Zərərçəkmişlər də buna da etiraz ediblər:

Yasin Məmmədov və Sahib Ələkbərov. Foto: Meydan TV

“Biz nə bilək ki, o vərəqdə nə yazıb məhkəməyə verdi? Bizim ona suallarımız vardı…”

2021-ci ilin aprelindən həbsdə olan Mövlam Şixəliyev digər təqsirləndirilən şəxslərlə birləşib ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatını ələ keçirməkdə, həmçinin səlahiyyət həddini aşma və sübutları saxtalaşdırma kimi əməllərdə ittiham edilir. Mövlam Şıxəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələrilə ittiham olunur.

Vüsal Ələkbərov. Mənbə: Meydan TV

Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərova isə Cinayət Məcəlləsinin 311.3.1 (mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və başqa maddələrilə ittiham verilib. Təqsirləndirilən keçmiş MTN-çilərdən yalnız general həbsdədir, digər 3 nəfər haqqında başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Yasin Məmmədov MSK-nın keçmiş katibi, daha sonra sədr müavini olmuş Natiq Məmmədovun qardaşıdır.

Sahib Ələkbərov və Yasin Məmmədov MTN-dən çıxarılandan sonra vəkil kimi fəaliyyət göstərməyə başlayıb. Onların hər ikisi Vəkillər Kollegiyasının üzvüdür.

Mövlam Şıxəliyev və onunla birlikdə təqsirləndirilən şəxslərin adları zaman-zaman bir sıra ictimai-siyasi fəalların həbsində hallanıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button