2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Prokurorluq Əli Kərimlinin şikayətini araşdırmaqdan imtina edib

Azərbaycan prokurorluğu Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimlinin 2019-cu il 19 oktyabr aksiyası zamanı polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması haqqında şikayəti üzrə cinayət işi açmaqdan imtina edib.

Ə.Kərimlinin verdiyi məlumata görə, o, ilk şikayəti oktyabrın 24-də göndərib. “Biz polisin mənə və etiraz aksiyasının digər iştirakçılarına qarşı zorakılığı ilə bağlı cinayət işi açmağı, təqsirkarları məsuliyyətə cəlb etməyi tələb etdik”, deyə Kərimli bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

O, tibbi ekspertiza keçirməyə və onun saxlanıldığı yerdəki videomüşahidə kameralarının görüntülərinə baxmağa, onun döyülməsində iştirak edən əməkdaşları dindirməyə çağırıb.

Şikayətinə cavab almayan Kərimli dekabrın 27-də yenidən prokurorluğa müraciət edib. Bu dəfə iki ay sonra cavab gəlib, cavabda şikayətin Bakı Prokurorluğunda araşdırıldığı və təsdiqini tapmadığı bildirilir, deyə müxalifətçi qeyd edib.

Dekabrın 27-də o, prokurorluğa ikinci şikayət göndərib, bu şikayətə cavab fevralın 13-də gəlib.

Kərimli artıq prokurorluğun əmələrindən Bakının Səbail rayon məhkəməsinə müraciət edib.

Contact.az

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button