2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Prokurorluq Hacı Şahinin ölümüylə əlaqədar araşdırmalara başladı

Yayımlandı: 2 Mart 2023 16:33

 Yerli media ilahiyyatçının ölümündə “İran izi” olduğunu ehtimal edir

Qafqaz Müsəlmanları İdarəsinin sədrinin səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin axundu, ilahiyyatçı Hacı Şahin Həsənlinin ölüm faktı ilə əlaqədar prokurorluq araşdırmalara başlayıb. Araşdırmalar Yasamal Rayon Prokurorluğunda aparılacaq. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

“974-cü il təvəllüdlü Şahin Həsənlinin (Hacı Şahin) martın 2-də paytaxtın Yasamal rayonunda yerləşən evində ölməsi faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır”, – Baş Prokurorluqdan bildirilib.

Hacı Şahin Həsənli martın 2-də səhər saat 05.00 radələrində yaşadığı evdə ürək tutmasından vəfat edib.

Bəzi yerli media orqanları ilahiyyatçının ölümündə “İran izi” olduğunu ehtimal edirlər. Onların iddialarına görə, Hacı Şahin Həsənli dövlətin mövqeyindən çıxış edən din xadimi olub və İranın təsir dairəsindən kənar fəaliyyət göstərib. Son aylar İran-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda onun ölümündə İranın xüsusi xidmət orqanlarının əli olduğunu düşünənlər var.  

TƏBİB ürək tutması deyir

TƏBİB Hacı Şahin Həsənlinin ölümünün səbəbini açıqlayıb.Hacı Şahin son mənzilə Məşədi Dadaş məscidindən yola salınıb və o, Yasamal qəbiristanlığında dəfn edilib.Bildirilir ki, 1974-cü il təvəllüdlü Hacı Şahin Həsənlinin səhhətində yaranan narahatlıqla bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 02.03.2023-cü il tarixində saat 05:30 radələrində çağırış daxil olub.TƏBİB-dən Meydan TV-yə göndərilən press-relizdə qeyd olunur ki, saat 05:43 radələrində təcili tibbi yardım briqadası ünvana çatıb: “Ürək tutmasından həkiməqədər ölüm qeydə alınıb”.“Ailəsinin bildirdiyinə görə, Ş.Həsənli 01.03.2023-cü il tarixində özəl tibb müəssisələrdən birinə müraciət edib və müayinələrdən keçib”, – deyə məlumatda qeyd olunub.

Hacı Şahin kimdir?

Hacı Şahin Həsənli 1974-cü ildə Bakı şəhərində doğulub.O, 1991-ci ildə Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsinə daxil olub.1995–1997-ci illərdə hərbi xidmətdə olub.1999-cu ildə universiteti bitirib.Hacı Şahin 2001–2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb.2007-ci ildə “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsis edib.2013-cü ildə “Məşədi Dadaş” məscidinə axund, 2014-cü ildə isə Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi təyin olunub.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button