Loading...
Loading...
SEÇMƏ

Prokurorluq: Qazinin intiharı ilə bağlı araşdırma aparılır

Yayımlandı: 13 İyul 2022 14:43

Qardaşı: “İki ay idi ki, təqaüdü səbəb göstərilmədən ləğv edilmişdi”

Sabirabad Rayon Prokurorluğunda II Qarabağ müharibəsi veteranı Elvin Cəfərovun intihar etməsi ilə bağlı araşdırma aparılır.

Məlumatı Baş Prokurorluq yayıb.

Elvin Cəfərov iyulun 10-da Sabirabad Rayon İcra Hakimiyyətinin binasının qarşısında özünü yandırıb.

1987-ci il təvəllüdlü, Qalağayın kənd sakini Elvin Cəfərovun əvvəlcə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına götürüldüyü bildirilib.

Ancaq vəziyyətinin ağır olduğundan axşam saatlarında onu Bakıya – 5 saylı Birləşmiş Şəhər Xəstəxanasının yanıq şöbəsinə göndərildiyi məlumatı yayılıb.

Elvin Cəfərovun intihar etməsinə səbəb 2 ay əvvəl təqaüdünün səbəb göstərilmədən ləğv olunması olub.

Bu barədə onun qardaşı Elnur Cəfərov deyib.

“Müharibədən əvvəl günəmuzd işləyib ailəsini dolandırırmış. Ancaq müharibədən travmalarla qayıdıb və əmək fəaliyyətiylə məşğul ola bilməyib. Ona kontuziyaya görə üçüncü qrup əlillik təyin edilib, 420 manat əlillik təqaüdü alırmış. İki ay idi ki, təqaüd səbəb göstərilmədən ləğv edilmişdi”, – qardaşı belə söyləyib.

Elnur Cəfərovun sözlərinə görə, qazi qardaşının iki aydan bir alınan dərmanlarının pulunu o, işləyib ödəyib:

“Bu məbləğsə 700 manatı aşır. Elvin Cəfərov özünü yandırmamışdan əvvəl əlillik təqaüdünün kəsilməsiylə əlaqədar aidiyyəti qurumlara müraciət etsə də, cavab ala bilməyib. Nəhayət, o, icra hakimiyyətinə gedib, ancaq dəfələrlə cəhd etməsinə baxmayaraq, onu qəbul edib, dinləyən olmayıb. Elvin Cəfərov icra hakimiyyətinin qapısında saatlarla gözlədikdən sonra qurumda iş vaxtının bitməsinə az qalmış elə oradaca özünü yandırıb”.

“Hətta özünü yandırandan sonra da qurumun vəzifəliləri çölə çıxmayıb və onun vəziyyətiylə maraqlanmayıb”, – bunu da qardaşı bildirib.

Meydan TV

Gözdən qaçırmayın:  İntihar etmiş qazi: “Həyatda hərtərəfli qollarımı sındırdılar”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button