2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Bank xəbərləriXəbərlər

“PSG Finans” 2022-ci ili ₼5.5 mln. xalis mənfəət əldə edib

“PSG Finans” Bank Olmayan Kredit Təşkilatı MMC 2022-ci ildə ₼5.47 mln. həcmində xalis mənfəət əldə edib. 2021-c ili BOKT ₼1.97 mln.  xalis mənfəət əldə etmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Banker.az xəbər verir ki, bu barədə BOKT-nin illik audit hesabatında deyilir.

Hesabat müddətində onun faizlər üzrə gəlirləri ₼3.94 mln.  olduğu halda (2021: ₼3.07 mln.  faizlər üzrə xərcləri cəmi ₼68 min  (₼151 min ) olub. BOKT xalis mənfəətinin öncəki ildən daha çox olmasına səbəb isə gözlənilən kredit zərərləri üzrə ehtiyatın ₼0.38 mln.-dan ₼3.58 mln.-a qədər yeksəlməsidir.

BOKT işçi heyətinə ₼0.56 mln. (₼0.45 mln.) və ümumi inzibati ₼0.43 mln. (0.55 mln.) xərclər çəkib.

BOKT 2022-ci il üzrə mənfəətindən dövlətə ₼1.21 mln. vergi ödəyib (20%-lə hesablanır).

BOKT-nin 1 yanvar 2023-cü il tarixinə bölüşdürülməmiş mənfəət ₼8.23 mln. olub. BOKT 2022-ci ilcə bölüşdürülməmiş mənfəətdən cəmi ₼292 min səhmdarlara dividend elan edib.

BOKT aktivlərinin həcmini ₼14.68 mln. -dan ₼19.87 mln.-a yüksəldib. Aktivlərin 18.82 mln. ₼ı müştərilərə verilmiş kreditlərdir ki, illik bu portfel 59% artmış olub.

“PSG Finans” əlaqəli tərəfdən ₼1.34 mln. iki il öncə borc alıb, həmin borcdan hələ ki, qaytarmayıb. BOKT-nin ₼1.65 mln. ₼ cəmi öhdəlikləri vardır.

Xatırladaq ki, “PSG Finans” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır. BOKT-un təsisçiləri 75%-lik payla “Practical Solutions Middle East FZ” şirkəti, eləcə də hər biri 12.5%-lik payla Faiq Məmmədov və “Chaparxana KFT” şirkətidir.

“PSG Finans” “PSG” şirkətlər qrupuna daxildir. Bu holdinqdə həm də “PSG Kapial İnvestisiya Şirkəti” QSC təmsil olunur. BOKT-un təsisçisi olan F.Məmmədov həm də investisiya şirkətinin yeganə səhmdarıdır. 1122

Banker.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button