2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

“Pul ver, yoxsa evini sökəcəyik” – Sumqayıt İcra Hamiyyətinin əməkdaşları – VİDEO

Sumqayıt şəhəri Yaşıldərə ərazisinin sakini Məqsəd İmranov evinin dam örtüyünün qurulmasına görə, 11 nəfər tərəfindən hədələnir.

Bu barədə Məqsəd İmranov məlumat verib. Şikayətçi bildirib ki, özlərini memarlıq idarəsinin işçiləri kimi qələmə verən, lakin özlərini təqdim etməyən şəxslər 2500 AZN verməyəcəyi təqdirdə evin damını sökəcəklərini deyiblər:
“Bizim ərazidə evlərin heç birisinin sənədi yoxdur. 2011-ci ildə bu evi tikmişəm, imkansızlıqdan dam örtüyü qalmışdı. İndi kreditlə, borcla dam örtüyünü vurmağa başlamışam. İşləyənlər də qohumlardır, dam örtüyünü bağlamağa kömək edirlər. Memarlıq dünən gəlib bizi kənara çəkdilər. Atamla danışan zaman dedilər ki, 2500 AZN pul verin,dam örtüyünü vurun. Atam da deyib ki, pulumuz yoxdur. Sonradan 11 nəfər tökülüb gəldilər ki, evinizi sökəcəyik. Evdə də yaşayış var. Bimirəm kimlərdir, haradan gəliblər. Heç bir yerə bununla bağlı müraciət etməmişəm. 2500 manat pul istəyənlər bilinmir kimdir, nə sənəd göstərir, nə özün təqdim edir. Elə deyirlər ki, memarlığın işçiləriyik. 2011-ci ildə evin tikilişində bələdiyyə də gəlmişdi, 300 AZN vermişdik. Qonşunun evinə zorla gəlib şiferin vurub qırdılar. Sabah bilmirik bu tanıdağımız adamlar gəlib nə edə bilərlər”.
Qaynarinfo.Az Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsi ilə əlaqə saxlamağa çalışsa da, telefon zənglərinə cavab verən olmadı:(Qaynarinfo.az)

Məsələni diqqətdə saxlayacağıq…

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button