2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Putin İran prezidentinə məktub göndərib

Rusiya Prezidenti Vladimir Putin İranın Ali dini rəhbəri Ayətullah Əli Xameneiyə məktub göndərib.

TASS xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi dekabrın 5-də keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya prezidentinin Suryadakı vəziyyət üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev məktubu Ayətullah Əli Xameneinin xarici siyasət üzrə müşaviri Əliəkbər Vilayətiyə təqdim edib.

Saytların yığılması Saytlarin yigilmasi

Məktubun məzmunu haqqında məlumat verməyən B.Qasimi deyib ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov dekabrın 5-dən Tehranda səfərdədir. Onun sözlərinə görə, rusiyalı diplomat İranın xarici işlər nazirinin Ərəb ölkələri ilə iş üzrə müavini Hüseyn Cabir Ənsari ilə görüşüb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button