2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Putin öz məqsədlərinə nail olmayacaq, Ukrayna müstəqilliyini qoruyub saxlayacaq – Dövlət Departamenti

Bakı/05.01.24/Turan: Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller cümə axşamı keçirilən brifinqdə Putin Ukraynada məqsədinə nail olmaqda uğursuzluğa düçar olub. 

“Ukrayna bu müharibədən müstəqil, güclü, daha yaxşı iqtisadiyyatı olan və Qərbə tərəf yönəlmiş ölkə olaraq çıxacaq”, deyə o bildirib.

Vaşinqton vəziyyəti Ukraynanın hərəkətlərinə və Rusiyanın davam edən təcavüzü şəraitində iqtisadiyyatını bərpa etmək qabiliyyətinə əsasən dəyərləndirir.

Saytların yığılması Saytlarin yigilmasi

“İnsanlar bu müharibədəki əsl tarifləri və Vladimir Putinin əsl məqsədini, habelə Ukraynanın əslində  nəyə nail olduğunu unudurlar. Putin bütün Ukraynanı işğal etmək, hakimiyyəti devirmək və Ukraynanı Rusiyanın tərkibinə daxil etmək məqsəilə müharibəyə başlayıb.

Ukrayna nəinki bunun qarşısını alıb, həm də Rusiyanın müharibənin ilk həftələrində işğal etdiyi ərazilərin yarısını özünə qaytarıb”, deyə Miller bildirib.

Turan-ın müxbirinin Rusiyanın xeyrinə baş verən son hadisələri nəzərə alaraq, bu vəziyyətin dəyişib-dəyişməyəcəyi haqqında sualına cavabda Miller belə deyib: “Xeyr! Müharibədə hər bir tərəf ərazi əldə edir və ya itirir”.

Eyni zamanda, o, ABŞ-ın əlavə dəstəyi olmadan cəbhədə vəziyyətin “çox ağır olacağını” etiraf edib.

“Bizim hərəkət etmək üçün həqiqətən Konqresin qərarına ehtiyacımız var. Konqres özünü müdafiə etməkdə davam edən demokratiyanı maliyyələşdirməyə davam etmək üçün addım atmalıdır”, deyə o, sözünə davam edib.

Turan-ın müxbirinin  Putinin Rusiya ordusuna daxil olan əcnəbi vətəndaşlara Rusiya vətəndaşlığı verilməsi haqqında sonuncu fərmanı haqqında sualına cavabda Miller belə deyib: “Bu, Rusiyanın minlərlə ölən və yaralanan əsgəri əvəz etmək üçün öz ordusuna minlərlə əsgər yığmaq məcburiyyətindədir. Bu, Putinin öz ölkəsinə vurduğu itkiləri göstərir, hələ Ukraynanı demirəm”. 0

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button