2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Putin terror aktına görə Ukraynanı ittiham edib

Zelenski isə onu “xəstə” adlandırıb

Rusiya Prezidenti Vladimir Putin “Crocus City Hall” konsert zalında baş verən terror aktı ilə bağlı yenə Ukraynanı ittiham edib.

Bu barədə Putin martın 25-də güc strukturlarının rəhbərləri ilə keçirdiyi onlayn toplantıda danışıb.

Saytların yığılması Saytlarin yigilmasi

O deyib ki, 22 mart terror aktı Kiyev rejiminin dəstəyi ilə 2014-cü ildən Rusiyaya qarşı döyüşənlərin silsilə cəhdlərindən biri ola bilər:

“Bir şey tamamilə aydındır: martın 22-də Rusiyanın paytaxtında törədilmiş dəhşətli cinayət hədə-qorxu aktıdır və dərhal sual yaranır ki, burada kimin mənfəəti var? Bu vəhşilik yalnız neonasist Kiyev rejiminin əli ilə 2014-cü ildən ölkəmizə qarşı mübarizə aparanların bütöv cəhdlərinin bir halqası ola bilər”.

Putin əlavə edib ki, nasistlər məqsədlərinə çatmaq üçün ən çirkin və qeyri-insani vasitələrdən istifadə etməkdən heç vaxt çəkinməyiblər.

ABŞ müxtəlif kanallarla hamını inandırmağa çalışır ki, terror aktında qadağan olunmuş İŞİD-in əli var və baş verənlərdə guya Kiyev rejiminin izi yoxdur”, – Putin belə deyib.

Rusiya Prezidenti həmçinin bildirib ki, “Crocus City Hall” konsert zalında terror aktının radikal islamçılar tərəfindən törədildiyini bilirlər:

Bizə maraqlı olan sifarişi kimin verməsidir?!”.

Ukrayna Prezidenti Vololdimir Zelenski Vladimir Putinin ittihamlarını rədd edib.

Putin yenidən Ukraynanı günahlandırıb. Xəstə və kinli bir məxluq 20 ildir ki, terrorla qidalansa da, guya özündən başqa hamısı terrorçudur. Terror üçün ən böyük pəncərə məhz odur. O və onun xüsusi xidmət orqanlarıdır”, – deyə Zelenski martın 25-də axşam müraciətində deyib.

O əlavə edib ki, Putin olmayanda terror və zorakılıq istəyi onunla birlikdə yox olacaq, çünki bu onun istəyidir.

Martın 7-də ABŞ-ın Moskvadakı səfirliyi Rusiyadakı vətəndaşlarına yaxın 48 saat ərzində terror aktları təhlükəsi barədə xəbərdarlıq edib və onları ictimai tədbirlərə getməməyə çağırmışdı.

Səfirlik ekstremistlərin Moskvada konsertlər də daxil olmaqla böyük yığıncaqlara hücum etmək planlarının olduğu barədə hesabatları izləyir və ABŞ vətəndaşlarına növbəti 48 saat ərzində böyük toplantılardan çəkinmələri tövsiyə etmişdi.

Ancaq Vladimir Putin martın 19-da Federal Təhlükəsizlik Xidmətinin kollegiyasında keçirdiyi iclasda terror aktlarının baş verə biləcəyi ilə bağlı bəyanatları açıq-aşkar şantaj adlandırmışdı.

Bir sıra rəsmi Qərb strukturlarının Rusiyada terror aktlarının baş verə biləcəyi ilə bağlı son təxribatçı bəyanatları açıq-aşkar şantaj və cəmiyyətimizi qorxutmaq və sabitliyi pozmaq niyyətinə bənzəyir”.

Martın 22-də Rusiyanın paytaxtı Moskvada “Crocus City Hall” konsert zalında terror aktı törədilib.

Hadisə nəticəsində 139 nəfər həyatını itirib,  182 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Rusiya İstintaq Komitəsi terror aktı ilə bağlı Cinayət Məcəlləsinin 205-ci maddəsi (terror) ilə bağlı cinayət işi açıb.

Martın 25-də Moskvanın Basmannıy Rayon Məhkəməsi terror aktını törətməkdə şübhəli bilinən Dalercon Mirzəyev, Muhammadsobir Fayzov, Saidakrami Raçabalizode və Şamsidin Fariduni haqda 2 ay həbs qətimkan tədbiri seçilməsi qərarı çıxarıb.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button