2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Putin Ukraynada durmayacaq” – Dövlət Departamenti ABŞ və Finlandiya müdafiə sahəsində əməkdaşlıq sazişini imzaladıqdan sonra bildirib

Vaşinqton/19.12.23/ Turan: Bazar ertəsi ABŞ bildirib ki, Rusiya öz qonşularına qarşı təcavüzdən əl çəkmir və onlara qarşı güc tətbiq etməyə hazır olduğunu nümayiş etdirir.

“Əlbəttə, biz bunun qarşısını almaq istəyirik”, – Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyü Miller gündəlik brifinq zamanı Turan-a bildirib.

“Biz düşünmürük ki, əgər Putin nəticə etibarilə Ukraynanı məğlub edib Rusiyaya tabe etdirə bilərsə, bununla qane olacaq və dayanacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Avropada eyni narahatlığı ifadə edən ölkələr var. Zənnimcə, heç kimə sirr deyil ki, bu, Finlandiyanın NATO-ya daxil olması və NATO-ya daxil olmağa can atan İsveç üçün motivasiyaedici amillərdən biri idi”.

Millerin şərhləri bazar ertəsi Dövlət Departamentində ABŞ və Finlandiya müdafiə sahəsində əməkdaşlıq haqqında müqavilə imzaladıqdan sonra səslənib. Bu sənəd Helsinkiyə öz hərbi bazalarını Amerika qoşunları üçün  açmağa və birgə təlimlərə icazə vermək öhdəliyi qoyur.

Analoji pakt bu ayın əvvəlində İsveçlə imzalanıb, digəri isə bu həftə Danimarka ilə imzalanmalıdır.

“Finlandiya təhlükədə olduğunu hər kəsdən daha yaxşı bilir. 1939- cu ildə finlər də Rusiyanın hücumuna məruz qaldılar və sübut etdilər ki, azad millət güclü və davamlı müqavimət göstərə bilər”, – dövlət katibi Entoni Blinken imzalanma mərasimi zamanı bildirib.

“Sizin əhvalatınız Ukraynanı dəstəkləməyə davam etməyimizin niyə vacib olduğunu xatırladır, çünki bir ölkənin sərhədini zorla dəyişdirməyə çalışan avtokratlar bununla dayanmayacaqlar. Ona görə də biz azadlığı, müstəqilliyi və suverenliyi qorumaq üçün birlikdə çalışmağa davam edəcəyik, NATO məhz bunun üçün yaradılıb”.-0-

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button