2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Putin və Lukaşenkanın “barışdığı” xəbər verilir

Rusiya və Belarus bildirirlər ki, iki qonşu ölkə arasında neft və qaza görə yaranmış gərginlik aradan qaldırılıb.

AzadlıqRadiosu xəbər verir ki, Minsk və Moskva arasında artıq aylardır yaşanan narazılıq aprelin 3-də prezidentlər Vladimir Putin və Alyaksandr Lukaşenka arasında Sankt Peterburq şəhərində aparılan danışıqlar zamanı müzakirə edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Putin bildirib ki, hökumət rəsmiləri əldə olunmuş razılşmanın təfərrüatlarını 10 gün müddətində yekunlaşdıracaqlar. Rusiya prezidenti bunu da bildirib ki, iki ölkə arasında enerji sahəsində 2020-ci ildək əməkdaşlığın yol xəritəsi razılaşdırılıb.

Rusiyanın xəbər agentlikləri baş nazirin müavini Arkadi Dvorkoviçə istinadən bildirirlər ki, əldə olunmuş sazişə görə Belarus Rusiyaya olan 726 milyon dollarlıq qaz borcunu tədricən ödəyəcək və Rusiya Belarusun neftlə təchizatını bərpa edəcək.

Lukaşenka indiyədək bir neçə dəfə Rusiyanı razılaşmaları pozmaqda və “Belarusun boğazından yapışmaqda” ittiham etmişdi.

Minskdən verilən məlumatlarda deyilirdi ki, Rusiya Belarusa verdiyi qazın qiymətini son bir ildə iki dəfə artırıb.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button