2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Putin və Makron ATƏT-in Minsk Qrupu çərçivəsində Qarabağ üzrə birgə işi müzakirə ediblər

Moskva/20.08.21 Avqustun 19-da axşam Rusiya və Fransa prezidentlərinin telefon danışığı olub, bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb.

Putin və Makron Əfqanıstanda vəziyyəti ətraflı müzakirə edərək mülki əhalinin təhlükəsizliyinin təmin olunmasının və təxirəsalınmaz humanitar məsələlərin həllinin vacibliyini qeyd ediblər.

İranın nüvə proqramı ətrafında vəziyyətə də toxunulub.

Saytların yığılması Saytlarin yigilmasi

Makronun xahişilə Vladimir Putin Dağlıq Qarabağla bağlı 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatların həyata keçirilməsinin gedişi barədə məlumat verib. Regionda vəziyyətin bütövlükdə sabit olduğu vurğulanıb, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və əhalinin humanitar ehtiyaclarının təmin edilməsi istiqamətində addımlar atılır. Dağlıq Qarabağ nizamlanmasının müxtəlif aspektləri üzrə, ilk növbədə ATƏT-in Minsk Qrupunda gələcək birgə işlə bağlı qarşılıqlı əhval-ruhiyyə ifadə olunub.

Ukraynada vəziyyətin nizamlanması problemləri ətrafında fikir mübadiləsi aparılıb. -02D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button