2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Putin və Paşinyan nə danışıb?

Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan fevralın 17-də Dağlıq Qarabağ üzrə razılaşmaların icrası məsələsini müzakirə edib.

Bu barədə məlumatı Rusiyanın dövlət xəbər agentliyi (TASS ) Kremlin mətbuat xidmətinə istinadən yayıb.

Məlumatda deyilir ki, iki lider telefon söhbətində Rusiya, Ermənistan və Azərbaycan rəhbərlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyantlarından irəli gələn vəzifələrin praktik icrası məsələsini müzakirə edib.

Saytların yığılması Saytlarin yigilmasi

Kreml bildirir ki, söhbət zamanı “Rusiya-Ermənistan əməkdaşlığının bir sıra aktual məsələlərinə də toxunulub”.

Putin və Paşinyan kontaktların müxtəlif səviyyələrdə saxlanması barədə razılığa gəlib.

Ermənistan hökumətinin mətbuat xidməti isə bildirir ki, Paşinyan Putinlə söhbətində əsirlərin qaytarılması məsələsini qaldırıb:

“Söhbət zamanı hərbi əsirlərin, girovların və başqa saxlanan şəxslərin dərhal qaytarılmasının zəruriliyi vurğulanıb”.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına əsasən, həmçinin, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

24 saat” yazını “Azadlıq Radiosu“na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button