Now Reading:
Putindən Amerikaya QADAĞA: Rusiya bu vilayəti Ankaraya verdi – DETALLAR

Putindən Amerikaya QADAĞA: Rusiya bu vilayəti Ankaraya verdi – DETALLAR

Suriyada yaradılacaq təhlükəsizlik zonaları ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin uçuşları üçün bağlanacaq.
Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin Suriya məsələləri üzrə nümayəndəsi, Astanada keçirilən Suriya üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin başçısı Aleksandr Lavrentev deyib.
Onun sözlərinə görə, bu, təhlükəsizlik zonalarının yaradılması haqqında memorandumda yazılmasa da, sözügedən ərazilərin üzərində aviasiyanın uçuşları dayandırılır.
“Məsələ ondadır ki, təhlükəsizlik zonalarda aviasiya işi, xüsusilə koalisiya güclərinə aid təyyarələrin uçuşları qətiyyən nəzərdə tutulmur. Bu məsələ indi bağlanıb. Koalisiya aviasiyası yalnız İŞİD-in obyektləri üzərində uça bilər. Suriyada atəşkəsin qarantı olan ölkələr (Türkiyə, Rusiya və İran –red.) bu istiqamətdə bütün hərəkətləri diqqətlə izləyəcəyik”, – Lavrentev bildirib.
Rusiya prezidentinin xüsusi nümayəndəsi qeyd edib ki, Suriyada təhlükəsizlik zonalarının yaradılması üçün BMT Təhlükəsizlik Şurasının sanksiyası tələb olunmur, amma Moskva qərarın dəstəklənəcəyinə ümid edir.
Onun sözlərinə görə, “Astana formatı” sərbəst mexanizmdir və qərarlar qəbul edərək onların icrasını izləyə bilər. Lavrentev əlavə edib ki, qarant ölkələr qəbul edilmiş qərarlar haqqında BMT Təhlükəsizlik Şurasını xəbərdar edəcək.
İngiltərənin “The Times” qəzetinin yazdığına görə, Türkiyə ordusu İdlibə hərəkət edəcək. Xəbərə görə, Astanada əldə olunan razılaşma təhlükəsizliyin təmin edilməsi və “Əl-Qaidə” terror qruplaşmasına bağlı qrupların İdlibdən tamamilə atılması üçün Türkiyə ordusunun bu vilayətə daxil olmasını nəzərdə tutur. Xəbər Rusiyanın təhlükəsizlik zonalarına daha çox hərbçi göndərməyə hazır olduğu barədə açıqlaması ilə üst-üstə düşür.
Suriyada yaradılan təhlükəsizlik zonalarının sərhədləri üç qarant ölkənin təsis edəcəyi qrup tərəfindən müəyyən ediləcək.
Xatırladaq ki, Suriyada təhlükəsizlik zonalarının yaradılmasını nəzərdə tutan memorandum dünən Astanada Rusiya, Türkiyə, İran və Suriya müxalifəti arasında imzalanıb. Memorandum bu gündən qüvvəyə minir. Razılaşmaya əsasən təhlükəsizlik zonaları hökumətlə müxalifət qüvvələrinin təmas xəttində yaradılacaq. Bu zonaların daxilində silah qadağan ediləcək, təhlükəsiz rayonlar formalaşdırılacaq.

Input your search keywords and press Enter.