Loading...
Loading...
Xəbərlər

Putinlə Si G20-nin sammitinə qatılacaq

COVID-19 pandemiyası başlanandan Si xaricə səfər etməyib

Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Tsinpinq Böyük İyirmiliyin (G20) noyabrın 15-16-da İndoneziyanın Bali adasında sammitinə qatılacaq. Bunu İndoneziya Prezidenti Coko Vidodo avqustun 19-da bildirib.

Vidodo Ukrayna Prezidenti Volodimir Zelenskinin də sammitə dəvət olunduğunu deyib, baxmayaraq ki, Ukrayna G20 üzvü deyil. Məlumatlara görə, Zelenski tədbirə ya şəxsən gedəcəyini, yaxud onlayn qatılacağını deyib.

COVID-19 pandemiyası başlanandan Si xaricə səfər etməyib. O, ötən ay ilk dəfə olaraq Çinin əsas hissəsindən çıxaraq Honq Konqa gedib.

Rusiyanın Ukraynaya qarşı səbəbsiz hərbi təcavüzündən dolayı Cakartaya Putinlə əlaqəni kəsmək üçün təzyiq olunur. Ancaq İndoneziya neytral mövqe tutub. Vidodo bu il həm Kiyevə, həm də Moskvaya səfər edib.

G20 sammiti Çinlə ABŞ arasında gərginliyin yüksək olması fonunda baş verir. Gərginliyə Tayvanın statusu və Çinin Cənubi Çin dənizində iddiaları səbəb olub.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Londonda metro işçiləri tətil edir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button