2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Putinlə Ərdoğan Qarabağdan danışıblar


 

Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Recep Tayyip Ərdoğan arasında telefon danışığı olub. Bu haqda Kreml məlumat yayıb.

Məlumatda deyilir ki, Putin həmkarına yanvarın 11-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderlərinin görüşü haqda məlumat verib.

Saytların yığılması Saytlarin yigilmasi

Tərəflər Qarabağda atəşkəsin monitorinqi üzrə birgə mərkəzin qurulmasının bəzi aspektlərini, münaqişə zonasında hərbi əməliyyatları müzakirə ediblər.

Qeyd olunub ki, 11 yanvar görüşünün əsas nəticələrindən biri Azərbaycanla Ermənistanın münasibətlərin normallaşdırılması, dinc həyatın qurulması, təsərrüfat və nəqliyyat xətlərinin açılmasından ötrü praktiki qarşılıqlı əməkdaşlıq niyyətini təsdiqləməsi olub.

Ərdoğan öz növbəsində Rusiyanın münaqişənin tənzilənməsindəki səylərinə dəstəyini bildirib.

Yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat imzalayıblar. Bəyanat regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur. Bu məqsədlə 3 ölkənin baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə üçtərəfli işçi qrup yaradılmalıdır.

Azərbaycan ötən il 44 günlük müharibə nəticəsində Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Ancaq qoşunların təmas xəttinə Rusiya sülhməramlıları yerləşdirilib.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button