2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Putinlə Seçinin gizli büdcəsi:Kim kimi idarə edir? – Təhlil

Eduard Ştayner

Die Welt (Almaniya)

 

Saytların yığılması Saytlarin yigilmasi

Rusiyada kimin səlahiyyəti varsa, onu hey çox kiçildəcək. Birinci skripka rolu Putinə ayrılıb, çünki kimdəsə kiminsə Kreml sahibi ilə bərabər şəkildə danışdığı şübhəsinin meydana çıxmağı yaxşı iş deyil.

Bu yazılmamış qanuna İqor Seçin də əməl edir. Rusiyanın ən böyük neft konserni “Rosneft”in başçısı iki il əvvəl “Welt”-ə müsahibəsində dövlət filosofu Nikkolo Makiavellidən sitat gətirmişdi – hakimiyyətin gücü sirdədir. “Və ümumiyyətlə düşünmək gülüncdür ki, kimsə prezidentə təzyiq göstərə bilər”.

Önəminə görə Seçinin Rusiyada ikinci adam olduğu haqda şayiələrə gəlıincə isə, bu, “sadəcə, gülməlidir”.

Bu gün isə həmişəkindən daha gülməlidir. Amma bu düzdür ki, Putinin bəzi sahələrdə etibarlı şəxslərdən ibarət qapalı və qərar qəbul etməmişdən məsləhətləşdiyi şəxslər çevrəsi var. Lakin, ən azı, iqtisadiyyat və ölkə üçün bu qədər mühüm neft sektorunda azad fəaliyyətə malik olan və daim narazı fizionomiyası üzündən getdikcə daha tez-tez Dart Veyder, yəni İqor Seçin adlandırılan adam var. Bu, keçən ildən bəri daha da aşkar olub. Dövlət müəssisəsinin pul çatışmazlığından başlanmış özəlləşməsi Seçinin bütün dünyanın gözü qabağında Rusiya isteblişmentinin qalan təmsilçilərini statist səviyyəsinə endirdiyi səhnə oldu. Bu, dekabrın 7-də axşam o, “Rosneft”in bir hissəsinin iki beynəlxalq investora satıldığı haqda Putinə məlumat verərkən xüsusən təsirli alınıb. Konkret şəkildə deyilsə, Seçin izah edib ki, 19,5% İsveçrənin neft alverçisi “Glencore”-yə və Qətər əmirliyinə satılıb. Nəticədə əldə edilmiş 10,5 milyard avro Rusiya dövlət büdcəsi kəsirinin, ən azı, ÜDM-in rəsmən bildirilən 3,7%-i çərçivəsində qalmağına imkan verəcək.

Bu xəbər tam gözləniləmdən meydana çıxdı. Çünki dövlətə təcili pul lazım idi, bazarda kifayət qədər əcaib görünəcək aralıq qərarını həftələrlə hesablayırdılar. Yəni neft konserni əvvəlcə bir hissəni dövlətdən özü satın alırdı və sonra, ola bilsin, 2017-ci ildə qalan hissəni sakitcə satacaq.

Putin-Seçin dueti bu variantı həvəslə dövriyyəyə buraxdı. İndi məlum olduğu kimi, gözləri yayındırmaq üçün. Mətbuat katibinin sözlərinə görə, Putinin özü Seçinin əslində hansı qərarın üzərində işlədiyindən çoxdan xəbərdar idi. Bu arada hökumətin və Kremlin yüksəkçinli məmurları səbizrsizlik və bəyənməzliyin müxtəlif ifadələri ilə faydalı, lakin az məlumatlandırılmış səfeh yerinə qoyuldu. Nəticədə dövlət Seçinin dahiyanə sövdələməsi ilə təkcə xaricdən lazımi pulları əldə etməyib. Ən sonda Seçin Qərbə göstərdi ki, sanksiyalar dönəmində yenə də dünyada Rusiya və sanksiyalar siyahısına daxil edilmiş neft konserni ilə əməkdaşlıq etməyə hazır olan yetərincə maraqlı adam var. Seçin sonralar deyib ki, təxminən, 30 potensial sponsor ilə danışıq aparıb. Lakin ABŞ və AB tərəfindən “Rosneft”ə qarşı sanksiya elan edilmişdi. Alıcılardan heç biri heç bir önləyici azlıq əldə etməyəcək. Britaniyanın BP energetika nəhənginin də “Rosneft”də 19,5% payı var. Lakin birja qiymət təyini üzrə ən bahalı neft konserni və bununla da Rusiyanın bütün neft sektoru üzərində təkcə Seçinin səlahiyyəti var.

Seçin Putinin tövləsindəki bambılının parad nümunəsidir. Bu gün 56 yaşı olan Seçin 13 il qabaq Moskva hakimiyyət aparatından kənarda və Heç Kim idi. Həmçinin “Rosneft” neft konserni də xüsusi diqqətə layiq deyildi. Bunu təcili dəyişmək lazım idi. Putin oliqarxları dövlətin əsas postlarından qovduğundan Seçinin qarşısında özəl missiya dururdu. Sovet İttifaqının dağılmağından sonra rəqabət aparan konsernlərə parçalanamış Rusiya neft sənayesini yenidən dövlətin nəzarətinə götürmək lazım idi.

Nə zamansa Anqola və Mozambikdəki keçmiş hərbi tərcüməçi və Putinlə hələ doğma şəhər Sankt-Peterburqdan tanış olan Seçin çox fikirləşmədi. O zaman ən varlı rusiyalı və neft maqnatı Mixail Xodorkovskini hədəfə götürdü və onun həbsini təşkil etdi. Buna təkcə   onun Kreml administrasiyası başçısının müavini olması deyil, həm də o zamankı baş prokuror, oğlu Seçinin qızına evlənmiş Vladimir Ustinovla sıx əlaqələr kömək edib. Ən nəhayətdə, təkcə inad oliqarx Mixail Xodorkovski neytrallaşdırlıb Hans-Ditrix Genşerin vasitəçiliyi ilə iki il öncə azadalığa çıxmamış on il həbsxanaya salınmayıb. Sonda Xodorkovskinin “Yukos” neft konserninə də həbs qoyuldu. “Rosneft” çinlilərin maliyyə yardımı ilə aktivləri özünə birləşdirdi və bununla da öz neft hasialtını altı dəfə artırıb bir anda bütün ölkədə bu sahədə birinci oldu.

Bu gün Xodorkovskidən Seçin haqda soruşarkən çox danışmır. Payızda “Zeit”-ə müsahibədə deyib: “Ona deyiləsi sözüm yoxdur – ola bilsin, həbsxanaya qədər ona çox yaşamağı arzulamaqdan savayı. Onu müttəhimlər kürsüsündə görmək istəyər və şahid qismində çıxış edərdim”.

Xodorkovski azadlığa çıxdıqdan sonra tezliklə Rusiyanın “Snob” nəşrinə bildirib: “Məndə dövlət orqanlarında Seçininki qədər  səlahiyyətlərin heç kölgəsi də olmayıb”.

Siyasi müşahidəçilər də, təxminən, bu cür fikirdədir. Moskva Karnegi mərkəzindən politoloq Andrey Kolesnikov bir radiodiskussiyada deyib: “Problem Seçinin Putinə inanılmaz, əzəmətli və çətin izah olunan təsirindədir. Sual doğur – kim kimə rəhbərlik edir?”

Seçin arxasındakı bu cür hakimiyyətlə ikinci böyük alqıya nail olub. O, 2013-cü ilin əvvəlində ölkədə ikinci rəqib TNK-BP-i zəbt edib ki, bu da Rusiya tarixində, demək olar, 60 milyard dollarlıq məbləğlə ən böyük qazanc olub. Və burada da Çin ön ödənişlə yardım edərək özünə 25 illik neft tədarükünü təmin edib.

Seçin harada işləyirsə, orada sirlər meydana çıxır. Rusiyanın “Ведомости” aparıcı iqtisadiyyat qəzeti bu yaxınlarda yekun buraxılışında 56 yaşlı Seçini “İlin müəmması” adlandırmayıb. Lakin qəzet bu titulu iqtisadiyyat naziri Aleksey Ulyukayevə versə də, dolayısı ilə “İlin müəmması” titulunu yenə də Seçinə verib. Çünki Sovet İttifaqı dağıldıqdan sonra noyabrın 14-də lik dəfə Ulyukayevin simasında guya korrupsiyaya görə nazir ranqında adam həbs və ev dustağı edilib.

Qeyd etmək lazımdır ki, həbs Moskvada “Rosneft”in baş ofisində baş tutub. Özəlləşməyə cavabdeh olan Ulyukayevi ora içində iki milyon dollar olan çamadan aşkarlananadək dəvət ediblər. Ulyukayev onu yüksək qiymətləndirən Putin üçün liberal iqtisadiyyat düşərgəsinin bir növ parad lövhəsi idi, halbuki Seçin əks düşərgəyə mənsub idi. Ulyukayevə divan tutulmağının səbəbləri əvvəlki tək məlum deyil.

Bununla belə, kimlər Seçinin yoluna çıxmalı olursa, adətən, ikiqat ehtiyatla davranırlar. Seçin təkcə “Rosneft”in problemini təkbaşına həll etməyib. O, payızın əvvəlində Rusiyanın “Başneft” altıncı neft konsernini özü üçün qismən özəlləşdirməyi də həll edib – 50% əvəzinə masa üzərinə 4,8 milyard dollar qoyub.

Amma bu ki cəfəngiyyatdır! – Putinin iqtisadiyyat müşaviri Andrey Belousov hələ o zaman qəzəblənmişdi. – Dövlətin idarə etdiyi bir firma başqa dövlət firmasını necə ala bilər? Bu, heç bir özəlləşmə deyil”.

O vaxtdan bəri təkcə Berlousov susmayıb. Və daha heç kim – yuxarıdakı nazirlərə qədər – Seçinin işini ümumiyyətlə şərh etmək istəmir. Məlumdur ki, onunla Putin arasındakı münasibət xüsusən yaxındır.

Və hətta Putin bu günlərdə Rusiya isteblişmentinə “daha təvazökar” olmağı məsləhət görübsə, anlamaq lazımdır ki, hansı ölkədə yaşayırsınız, mübahisə zamanı kimin udacağı onsuz da aydındır. “RBK” qəzeti Seçinin intervensiyası haqda bircə məlumata görə məhkəmə qaydasında mühakimə olunarkən bunu öyrənməli olub.

Oxşar əhvalat “Ведомости” qəzetinin də başına gəlib – məhkəmədə bildiriblər ki, qəzet Seçinin təmtəraqlı malikanəsi barədə yazarkən onun özəl sahəsinə müdaxilə edib.

Seçin ailəsinin sərvəti haqda məlumat vermiş “Forbes” və “Novaya qazeta” da payını alıb. “Forbes”in məlumatına görə, “Rosneft”in başçısı 2015-ci ildə iqtisadi böhran üzündən ildə “ancaq” 13 milyon dollar qazana bilib. Bundan bir il qabaq 17,5 milyon dollar olub. Lakin pisi budur ki, o, onsuz da çəpləşdiyi “Qazprom” rəhbəri Aleksey Millerdən aşkarca geridə qalır. Çünki onların müəssisələri əvvəlkitək ölkədə ən çox vergi tədarükçüsü olmaq uğrunda mübarzə aparır.

Seçin Millerə həm də ona görə təzyiq edir ki, özəl qaz konsernləri ilə birlikdə qaz ixracatına monopoliyanı ələ keçirmək istəyir ki, bu da Rusiya xammal iqtisadiyyatında yenidənqurmaya bərabərdir. Lakin Seçinin hələlik başqa oyun aparmaq üsulları da var. Seçinin “Rosneft”inin ana “Rosnefteqaz” şirkəti bu yaxınlarda mailiyyə fəaliyyəti haqda sənədlərini dərc etməmək hüququ alıb. Putinlə Seçin bu cür paralel və birlikdə idarə edə biləcəkləri büdcə yaradıblar. Bu, ancaq bir şeyi bildirir: onların hakimiyyəti yalnız genişlənəcək.

 

Tərcümə Strateq.az-ındır.  

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button