Loading...
Loading...
Xəbərlər

Qəbələ və Moskva arasında birbaşa aviareys açılıb

Bakı/17.01.22 2022-ci ilin yeni marşrut şəbəkəsi çərçivəsində Qəbələ və Moskvanı birləşdirən yeni müntəzəm aviareys açılıb, bu barədə AZAL dövlət şirkətinin mətbuat xidməti məlumat yayıb.

Press-relizdə yer alan məlumata görə, Rusiyanın Nordwind aşağı büdcəli aviaşirkəti 189 sərnişin oturacağı olan Boeing 737-800 təyyarəsində Moskvanın Şeremetyevo hava limanından Qəbələyə ilk reys yerinə yetirib. Uçuş 3 saat davam edib.

Moskva-Qəbələ-Moskva marşrutu üzrə müntəzəm reys həftədə bir dəfə – bazar günləri həyata keçiriləcək. Yerli vaxtla saat 4:10 dəqiqədə təyyarə Qəbələdə enəcək, saat 5:20 dəqiqədə Rusiya paytaxtına qayıtmaq üçün havaya qalxacaq.

Rusiyanın Nordwind aviaşşirkəti Bakı və Lənkəran aeroportlarından da Moskvaya reyslər həyata keçirir. -06D-

 

Turan
“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun