2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Qərbə Rusiya XƏBƏRDARLIĞI: “Bu, faciəvi səhv olacaq”

“Rusiyaya qarşı sanksiyalar Minsk razılaşmaları yerinə yetirilməmiş ləğv edilərsə, bu, Qərbin faciəli səhvi olacaq”.

“Obozrevatel” nəşri xəbər verir ki, bunu Ukraynanın avrointeqrasiya məsələləri üzrə naziri İvanna Klimpuş-Tsintsadze deyib.

“Rusiya Minsk razılaşmaları çərçivəsində öz öhdəliklərini yerinə yetirmir. Sanksiyalar Minsk razılaşmalarının yerinə yetirilməsindən sonra ləğv edilməlidir. Əks halda, bu, Qərb üçün faciəvi səhv olacaq”, – deyə nazir bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, Rusiyaya qarşı beynəlxalq sanksiyalar 2014-cü ildən tətbiq edilməyə başlanır. Sanksiyalar Rusiyanın Ukraynaya qarşı təcavüzünün dayandırılması üçün siyasi və iqtisadi ölçülərdir. Sanksiyaları Avropa İttifaqı və ABŞ-dan başqa, Kanada Yaponiya, Norveç, İsveçrə, Avstraliya, Yeni Zelandiya, ümumiyyətlə 41 ölkə tətbiq edib.

Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra sanksiyaların ləğvinin mümkünlüyü barədə fikirlər səslənir.

 

 

 

publika.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button