2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Qərb Rusiyaya Ukrayna ilə bağlı xəbərdarlıq edir

ABŞ və Avropa İttifaqının ardınca Fransa da Rusiyanın Ukrayna yaxınlığına qoşun cəmləşdirməsi xəbərləri ilə bağlı narahatlığını ifadə edib.

Paris Moskvaya xəbərdarlıq edib ki, hər hansı aqressiv hərəkət “ciddi nəticələrə” səbəb olacaq.

Fransa tərəfi bu narahatlığı müdafiə və xarici işlər nazirləri Florens ParliJan-İv Le Drianla onların rusiyalı həmkarları Sergey ŞoyquSergey Lavrov arasında noyabrın 12-də Parisdə keçirilən görüşdə səsləndirib.

Saytların yığılması Saytlarin yigilmasi

Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Le Drian və Parli Lavrov və Şoyquya sərhəd bölgələrində yaranmış gərginlikdən narahat olduqlarını söyləyiblər.

Bəyanatda bu da qeyd olunur ki, rusiyalı rəsmilərə Moskvanın Ukrayna ilə sərhəddə “hərbi hərəkətlərin şəffaflığına” dair öhdəliyini xatırladılıb.

Lukaşenkanı cilovlamaq

Fransa nazirləri Rusiyanı habelə Belarusun avtoritar lideri Alyaksandr Lukaşenka üzərindəki nüfuzundan istifadə edərək onun Avropa İttifaqı üzvləri olan Polşa, Litva və Latviya ilə sərhəddə yaratdığı miqrant böhranına son qoymağa çağırıblar.

Onlar Lukaşenkanı “miqrant axını ilə bir neçə ittifaq ölkəsini hədəfləməklə məsuliyyətsiz və qeyri-məqbul davranışına” görə tənqid ediblər.

Kreml bəyan edib ki, onun təbirincə deyilərsə, Moskva öz sərhədlərini Rusiyanı “buxovlamağa” çalışan ölkələrdən müdafiə edəcək.

“Polad kimi möhkəm”

Lavrov Paris danışıqlarından sonra deyib ki, o söhbət zamanı Qara dəniz hövzəsindıə NATO qüvvələrinin getdikcə artması məsələsini qaldırıb.

Rusiya xarici işlər nazirinin sözlərinə görə, o Fransa nazirlərinə bildirib ki, onlar Avropa İttifaqı-Rusiya münasibətlərini “dalandan” çıxarmaq yolları barədə düşünməlidirlər.

Bundan əvvəl noyabrın 12-də ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın Ukrayna yaxınlığındakı hərəkətlərindən narahatlığını bildirmiş və Moskvaya Ukraynaya müdaxilə etməməsi üçün xəbərdarlıq etmişdi.

Blinken ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşündən sonra demişdi:

“Biz Ukrayna sərhədində qüvvələrin qeyri-nizami hərəkətlərindən çox narahatıq. 2014-cü ildə etdiyini təkrarlamaq Rusiya üçün çox böyük səhv olardı”.

Dövlət katibi bunu da bəyan etmişdi ki, ABŞ-ın Ukraynanın təhlükəsizliyi və ərazi bütövlüyünə dəstəyi “polad kimi möhkəmdir”.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button