2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Qadın baş redaktor dələduzluqda ittiham edilir

Cinayət işində 29 zərərçəkən var

Yanvarın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Ata yolu” qəzetinin baş redaktoru Samirə Nəsirovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib. Prokuror çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Proses yanvarın 30-da onun çıxışı ilə davam edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

S. Nəsirova Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) sürücü kimi işə düzəltmə adı altında dələduzluqda təqsirləndirilir. Onun işində 29 nəfər zərərçəkmiş var.

S.Nəsirova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button