2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

“Qafqaz” Universiteti ilə bağlı – Qalmaqal

“Qafqaz” universitetinə yeni rektor təyin edilmiş Havar Məmmədovun universitetin müəllimlərini və laborantlarını kütləvi şəkildə işdən çıxarması ilə bağlı məlumatlar yayılıb.

24saat.org  xəbər verir ki, 20-yə yaxın müəllimin işdən çıxarılmasına etiraz olaraq tələbələr sosial şəbəkədə həştəq yaradıblar. # Make Qafqaz Great Again həştəqi altında birləşən tələbələr müəllimlərinin işdən azad edilməsinə, “midterm” (viza) imtahanlarında edilən və fərdi fəaliyyət balı üçün rektor tərəfindən planlaşdırılan dəyişiklikləri etirazla qarşılayıblar.

Müəllimlərin işdən azad edilməsinə “Qafqaz” universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayev münasibət bildirib. R. Rzayev “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, universitetdə 20-yə yaxın müəllimin işdən çıxarılması ilə bağlı yayılan məlumat yalandır: “Universitetdən 2 müəllim öz ərizəsi ilə işdən ayrılıb. Adları dərc olunan 20-yə yaxın hazırda universitetimizdə işləyən müəllimlərdir. İstəsəniz, gəlib özünüz də onları işdə olması ilə tanış ola bilərsiniz”.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button