Xəbərlər

Qanun dəyişikliyi uşaqları dini radikalizmdən qoruyacaqmı? (Video)

Bugün, mayın 4-də Milli Məclis uşaqların dini etiqada məcbur edilməsini qanunla qadağan edib.

Dəyişikliyə əsasən, uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına təsir göstərməməlidir.

Bu haqda dəyişiklik “Dini etiqad azadlığı haqqında” qanuna edilib.

Milli Məclisin İnsan Haqları Komitəsinin üzvü Fazil Mustafa AzadlıqRadiosuna deyir ki, söhbət uşaqlara zorla hicab geyindirməkdən, onları dini mərasimlərə və sair dini yerlərə aparılmaqdan gedir. Onun sözlərinə görə, məqsəd uşaqları qorumaqdır:

“Qoy uşaqları erkən yaşlardan dini düşüncəyə yönləndirməsinlər. Dəyişiklik radikalizmə yönələn uşaqların sayını azaltmaq məqsədi daşıyır. Valideynlər üçün əsas problem ondadır ki, bir müddətdən sonra uşaqlar xarici ölkələrə dini təhsil almağa gedir, bu da böyük bir problemlər yarada bilir. Beləki, ölkədən kənarda hansısa bir dövlətin silahlıları kimi yetişməsinə şərait yaranır. İlk dini yönləndirmə sonda ona gətirib çıxarır”.

Fazil Mustafa deyir ki, söhbət heç bir halda ailələrin uşaqlara dini məlumatları aşılamasının qadağan edilməsindən getmir, məcburi davranışlardan gedir.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

“Dəyişiklik daha sərt olmalı idi”

Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham Ismayıl deyir ki, belə qanunlar adətən xüsusi xidmət orqanlarının araşdırmaları nəticəsində qəbul edilir və məqsəd cəmiyyəti qorumaqdır. O deyir ki, qanuna dəyişiklik özlüyündə mütərəqqidir, amma ki, bunun tətbiqi çətin olacaq, uşaqlar çox hallarda məcbur edildiklərini deməyəcəklər.

İlham İsmayıl deyir ki, bu dəyişikliyin sərtləşdirilməsinə ehtiyac var:

“Yaş həddi göstərilməlidir. Tutaq ki, 15 yaşa qədər qızların başını örtməsinə məcbur etməyə qadağa və ya dini radikalizmə və ya dinə yönəldilməsinin qarşısını almağa qadağa qoyulmalıdır”.

İlham İsmayıl təklif edir ki, uşaqların radikal dini qrupların təsirinə düşməsini azaltmaq üçün onlara dünyəvilik aşılansın, elm və bəşəri dəyərlər öyrədilsin. Bundan başqa o hesab edir ki, cəmiyyət də bu işdə fəal olmalıdr, əgər qonşular, tanışlar belə hallar müşahidə edirlərsə, dövlətə xəbər versinlər.

Azərbaycanda indiyə qədər bir neçə dəfə xaricdə, İŞİD eksremist qruplaşması kimi radikal dini qruplara qoşulan vətəndaşlarla bağlı məhkəmə prosesləri keçirilib, həbs edilənlər olub.

24 saat” “Qanun dəyişikliyi uşaqları dini radikalizmdən qoruyacaqmı? (Video)” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button