Loading...
Loading...
SEÇMƏ

“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırıb

Yayımlandı: 24 Avqust 2022 00:57

Azərbaycan çempionu cavab oyununda “Viktoriya”ya uduzub

Futbol üzrə üzrə Azərbaycan çempionu “Qarabağ” avqustun 23-də UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa çıxıb.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Çexiyada “Viktoriya”nın (Plzen) qonağı olub. Bakıda keçirilən ilk oyunda hesab açılmayıb. Buna görə də, Çexiyada keçirilən qarşılaşmada istənilən hesablı qələbə komandalardan birini UEFA Çempionlar Liqasının qrup mərhələsinə çıxaracaqdı.

Oyunda ilk hissədə hesabı “Qarabağ” açsa da, “Viktoriya” fasilədən sonra iki qol vurmaqla qələbə qazanıb. Çexiyada 1:2 hesabı ilə uduzan “köhlən atlar” Çempionlar Liqasının qrup mərhələsində oynamaq şansını itirib. Ağdam təmsilçisi tarixində bir dəfə, 2017-ci ildə Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparıb.

“Qarabağ” bundan sonra UEFA Avropa Liqasının qrup mərhələsində çıxışını davam etdirəcək.

Meydan TV

Gözdən qaçırmayın:  Bahalaşma ilə bağlı rəqəmlər: real, yoxsa manipulyasiya?..

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button