2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Qarabağ döyüşçüsü özünü öldürmək həddinə çatıb – FOTOLAR

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Qarabağ döyüşçüsü, kəşfiyyatçı-snayper Solmaz Alıyevanın acınacaqlı vəziyyəti ilə bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova məktub göndərib.

Modern.az-ın məlumatına görə, məktubda deyilir:

Saytların yığılması Saytlarin yigilmasi

“Qarabağ döyüşçüsü, Qarabağ müharibəsi əlili Alıyeva Solmaz Valeh qızının acınacaqlı vəziyyəti ilə bağlı Sizə müraciət edirik. Solmaz Alıyeva 1968-ci ildə Tovuz rayonunda anadan olub, könüllü olaraq Qarabağ müharibəsinə gedib, 1992-1994-cü illərdə Ağdam cəbhəsində baş çavuş rütbəsində kəşfiyyatçı-snayper kimi döyüşüb. Həyat yoldaşı dünyasını dəyişib, özü 3 uşaqla (kiçiyinin 14, böyüyünün 17 yaşı var) Abşeron rayonu Masazır qəsəbəsində köhnə taxtalardan düzəldilmiş bir daxmada yaşayır. Onun həyatı, yaşayışı faciə səviyyəsindədir. Yayın istisində, qışın soyuğunda zülm çəkirlər, onların yaşayışı “bomj”un həyatından, dilənçinin, səfilin günündən heç nə ilə fərqlənmir. Bu cür acınacaqlı şəraitdə yaşamasına baxmayaraq, Azərbaycan dövlətinə, dəyərlərinə sevgisini, vətənpərvərliyini qoruyub saxlayıb. Daxmasının üstündə, içərisində Azərbaycan bayrağı asılıb. Lakin o, artıq son həddə çatıb, bir neçə dəfə özünü və övladlarını öldürmək də istəyib, artıq bu cür yaşamağın mümkün olmadığını deyir. Qarabağ döyüşçüsünün, bu cür fədakar insanın bu vəziyyətdə yaşaması nə Allaha xoş gedər, nə də dövlətimizə yaraşar. Xahiş edirik ki, Solmaz Alıyevanın yaşayış yeri ilə təmin olunmasına yardım edəsiniz. Bu işdə yardımçı olsanız çox böyük savab qazanarsınız. Allah köməyiniz olsun. Onun daxmasının şəkillərini də sizə göndərərik”.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button