2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Qarabağ erməniləri yeni şərtlər irəli sürüblər

2023-cü ildə Ermənistana köçmüş Qarabağ erməniləri əvvəlki yaşayış yerlərinə qayıtmaqla bağlı öncəki konsepsiyanı dəyişdiriblər.

Son vaxtlara qədər Qarabağ ermənilərinin ictimai təşkilatlarının rəhbərləri Azərbaycan qüvvələrinin Qarabağdan çıxarılması və müstəqillik statusunun alınması şərtilə beynəlxalq təhlükəsizlik zəmanətləri altında qayıtmağa hazır olmaları ilə bağlı Bakı üçün qeyri-mümkün tələblər irəli sürürdülər. Fevralın 22-də Dağlıq Qarabağ xalqının fundamental hüquqlarını Müdafiə Komitəsinin rəhbəri, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın sözlərilə dərc edilmiş yeni konsepsiya ortaya çıxıb.

O, “Azadlıq” radiostansiyasının Ermənistan xidmətinə müsahibəsində bildirib ki, “Dağlıq Qarabağ-ATƏT və ya Dağlıq Qarabağ-BMT səviyyəsində keçid, müvəqqəti xarakter daşıya bilən birgə administrasiya” olarsa, ermənilər geri dönəcəklər.

Saytların yığılması Saytlarin yigilmasi

Oskanyan Dağlıq Qarabağla Azərbaycan arasında danışıqlar təklif edir, bunun nəticəsində tərəflər ermənilərin taleyi məsələsinin həllinə nail olacaqlar.

“Mən muxtariyyət statusundan və ya başqa statusdan danışmıram. Qoy, gələcəkdə xalq özü bunu həll etsin. Ermənistan hakimiyyəti bunu öz gündəliyinə daxil etməyə borcludur, çünki məhz onların səhvlərinə görə bu adamlar indiki vəziyyətə düşüblər. Dağlıq Qarabağ onların səhvləri nəticəsində itirildi. Onlar ermənilərin Dağlıq Qarabağa qaytarılması tələbini irəli sürməlidirlər. Əgər Ermənistan hakimiyyəti əvvəllər dediyim kimi, sovet dövründə olduğu kimi, Dağlıq Qarabağın muxtariyyət statusu məsələsini qaldırsaydı, bu gün vəziyyət fərqli olardı”, – Oskanyan bildirib.

Beləliklə, eks-nazir yeni plan irəli sürür: əvvəlcə beynəlxalq qüvvələrin təhlükəsizliyə zəmanəti altında ermənilərin Qarabağa qayıdışı baş tutur. Sonra Azərbaycanda ermənilərin statusu haqda danışıqlar aparılacaq, Qarabağ ermənilərinin Azərbaycandan məcburi müstəqilliyilə bağlı şərtlər artıq yoxdur.

“Hətta Azərbaycan ermənilərin Dağlıq Qarabağa qayıtmasından danışır, baxmayaraq ki, onun qavrayışı bir qədər fərqlidir. Geri qayıtmaq hüququ var və ermənilərin geri qayıdarkən özlərini təhlükəsiz hiss etmələri üçün diplomatik iş vasitəsilə zəmanət və şərtlər əldə etmək mümkün olacaq. Əgər Ermənistan hakimiyyəti bu işi öz üzərinə götürsə, ideyanın reallaşma ehtimalı 60-70 faiz səviyyəsində olardı. Bu dəstək olmadan ehtimal 50 faizdən aşağıdır”, – o  deyib.

Baş nazir N.Paşinyanın timsalında Ermənistan rəhbərliyi nəinki Qarabağ icması ilə əməkdaşlıq etmir, hətta erməni separatizminin liderlərinə qarşı düşmənçilik nümayiş etdirir.

Rəsmi Bakı ermənilərin Qarabağa qayıtmasının mümkünlüyünə dair öz dəyişməz baxışını dəfələrlə bəyan edib: xüsusi hüquqlar istisna edilməklə onların Azərbaycan vətəndaşlığını alması  və paralel olaraq azərbaycanlıların müasir Ermənistanda öz tarixi yaşayış yerlərinə qayıtması şərtilə.

Xatırladaq ki, erməni tərəfinin hesablamalarına görə, 2020-2023-cü illərdə Qarabağ iqtisadi zonasını 120 min erməni tərk edib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button