2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Qarabağ qazisinin torpağı zəbt edildi

Etimad Əsədov: “Bu biabırçılıqdır, rəzalətdir!”


Qazilər.az saytı məsələ ilə bağlı “Qarabağ qaziləri” birliyinin sədri Etimad Əsədovun mövqeyini öyrəndik. O, Sabirabadda baş verən qanunsuzluğa öz etirazını bildirdi: “Mən Qarabağ əlili Zaur Ağayevə qarşı olan bu qanunsuzluğu qəti şəkildə pisləyirəm. Bu biabırçılıqdır, rəzalətdir! Necə olur ki, Prezident, cənab İlham Əliyev Qarabağ əlillərinə diqqət və qayğı göstərilməyin vacibliyini deyir, bütün məmurlara bu insanlara qarşı ədalətli olmağı tapşırır, amma icra başçıları buna məhəl qoymur! Bu yolverilməzdir! Bunlar nə fikirləşir?! Belə bir həssas məqamda Qarabağ əlillərini niyə ədalətsizlik edirlər?! Rayon icra hakimiyyəti başçılarının bu cür çirkin əməllərindən Prezidentə müraciət edəcəyik!”

Qeyd edək ki, Z.Ağayevin sözlərinə görə, Sabirabad rayonunun İcra Hakimiyyəti tərəfindən ona ayrılmış torpaq sahəsi elə əslində qəsdən başqa adama zəbt etdirilib. Hazırda orada tikinti işlərinə başlanıb. Və o, bütün bu işlərin başında 41 saylı Sumqayıt birinci seçki dairəsindən Milli Məclisin deputatı, “Azərsutəchizattikinti” ASC-nin sədri Mirəzəcan Xəlilovun qohumu, rayonun keçmiş memarı Ağarəhim və “Avtobaza”nın müdiri Seyidəmir adlı şəxslərin dayandığını da qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button