2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Qarabağ tamamilə azad olunacaq – BİR ŞƏRTLƏ…

Ermənistan hazırda 4 böyük ölkənin addımlarını izləyir
Ermənistanın Qafqaz regionunda yürütdüyü xarici siyasət Dağlıq Qarabağ münaqişəsi ətrafında sərtliyi ilə yadda qalıb. Ona görə də rəsmi İrəvanın beynəlxalq siyasətdə vəziyyəti xeyrinə dəyişmək üçün şansı azalıb.
Bunu Rusiya Federasiyası hökuməti yanında Maliyyə universitetinin politologiya departamentinin dosenti Qevorq Mirzayan “Vestnik Kavkaza” saytına müsahibəsində deyib.
O bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri Ermənistanda bütün səviyyələrdə gərgin müzakirələrə səbəb olub. Rusiya prezidenti Vladimir Putin və R.T.Ərdoğanın görüşdə Ankara və Moskva arasında bütün istiqamətlər üzrə münasibətlərin möhkəmlənməsi üzrə razılığa gəlməsi İrəvanda böyük narahatlığa səbəb olub.
“Halbuki bu, Ermənistanın xeyrinədir. Beynəlxalq münasibətlərin reallığını anlamayan insanlar Rusiya və Türkiyənin yaxınlaşma prosesini başa düşmürlər. Əslində iki ölkənin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə qədər möhkəmlənməsi Ermənistana sərf edir. Çünki bu, ona zəmanəət verir ki, Türkiyə Cənubi Qafqazda Rusiyanın maraqlarına qarşı çıxmayacaq”, – deyə ekspert bildirib.
Onun sözlərinə görə, belə maraqlar arasında Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların bərpası da var.
“Əgər Ermənistan çalışsa ki, Qarabağda yeni müharibə olmasın, Rusiya və Türkiyə ilə münasibətləri şərtsiz yaxşılaşdırmaq üçün əlindən gələni etməlidir. Belə olan halda heç bir tərəf sərhədlərdə problem yaratmayacaq”, – deyə Qevorq Mirzoyan bildirib.
Onun sözlərinə görə, regionda vəəziyyətin qəfil dəyişməsi Ermənistanı gözləmə möqeyinə yönləndirib: “İrəvan gözləyib görməlidir ki, Rusiya-Türkiyə-İran-ABŞ dördlüyü hansı nəticələr verəcək. Əgər Ermənistan bu ölkələrdən birinin tərəfini tutsa, hansına qarşı çıxsa, İrəvan üçün çox pis nəticələnəcək və sərbəst hərəkət etmək bacarığını tamamilə itirəcək, Qarabağda döyüşlər Azərbaycanın xeyrinə dəyişəcək”
Q.Mirzayan deyib ki, Ermənistan artıq 1915-ci il hadisələri ilə bağlı siyasətini də dəyişməlidir. Onun sözlərinə görə, 1915-ci il hadisələri “erməni soyqırımı” adlandırılmamalıdır.
“İstərdim ki, üçüncü ölkələrdə “erməni soyqırımı”nın tanınması ətrafında yürüdülən siyasət dayandırılsın. Bu, çox mənasız siyasətdir. Bunun üçün nə qədər vəsait xərclənir. Bəsdirin, bu qədər pul sərf etdiniz”, – ekspert bildirib.

www.ann.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button